Sirlər xəzinəsi...

Dünən günün elə bu saatlarında AFFA-nın rəsmi saytında yayılan bir xəbər diqqətimizi cəlb etdi. İlk baxışdan adi xəbər idi - futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun "Kəpəz”in Müşahidə Şurasına üzvlükdən  geri çağırılmasından bəhs edirdi.
 

Sözsüz ki, Mikayıl bəy müstəqil deyil. Özbaşına Gəncəyə yollanıb, "Kəpəz”in Müşahidə Şurasına üzv seçilməmişdi. Onu ora AFFA göndərmişdi. İndi də AFFA geri çağırır. Bu baxımdan həmin xəbərdə və ya departament rəhbərinin Gəncə klubundan geri çağırılmasında qeyri-adi heç nə yoxdu.
 
Əsas məqamlar xəbərin təqdim olunma formasında idi. Bir daha diqqət yetirək: "Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev geri çağırılır. "Kəpəz” FK-nın Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək”.

 

Ağlı başında olan, Azərbaycan dilini yaxşı bilən istənilən şəxs bu izahatdan yalnız bir məna anlaya bilərdi. AFFA Gəncə klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək istəyir, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltməyə, idaretmə strukturunu təkmilləşdirməyə cəhd edir. Amma bütün bunlara cənab Nərimanoğlu mane olur. Buna görə də onu "Kəpəz”in Müşahidə Şurasında geri çağırıblar.
 
Əgər beləydisə, Mikayıl bəyin AFFA-dakı işindən uzaqlaşdırılacağı, cəzalandırılacağı gözlənilirdi. Belə deyildisə, bu mətnin belə formada yazılmasında məqsəd nə idi? AFFA-nın daxilində "saray çevrilişi” baş vermişdi? Prosesləri qabaqlamağa çalışmadan Mikayıl bəyin özünə zəng etdik, nəyin baş verdiyini öyrənməyə çalışdıq. Həmişə olduğu kimi, ilk cəhddən cavab vermədi. Sonra telefonu açdı və adət etdiyi formada sualımızı ötəri cavablandırdı.
 

Axşam saatlarında isə çox etibarlı mənbədən Nərimanoğlunun departament rəhbəri vəzifəsindən uzaqlaşdırıldığı barədə informasiya aldım. Xəbər saytımızda yayıldıqdan az sonra isə Mikayıl bəyin AFFA-da başqa vəzifəyə təyin olunmasıyla bağlı "apasport.az” saytında məlumat yerləşdirildi. Gözlənilən idi. Elxan Məmmədov özüylə müdhiş sirlər apara biləcək, gələcəkdə böyük təhlükə mənbəyinə çevrilə biləcək bir şəxsi birdən-birə AFFA-dan uzaqlaşdıra, özünə düşmən edə bilməzdi. Elə məşhur filosofların birinin də bu cür məsləhəti var: "Düşmənindən zərbə almaq istəmirsənsə, onu öz yaxınlığında və nəzarətində saxla”.
 
Bu dəfə də baş katib işin içindən çıxa bildi, departament rəhbərini aşağı endirib, onun üçün indiyə qədər rəsmən mövcud olmayan "Federasiyanın Komitələrlə iş üzrə koordinatoru” vəzifəsini düzüb-qoşdu. Belə çıxır ki, AFFA-nın baş katibinə özbaşına struktur yaratmaq, ora vəzifəyə adam təyin etmək səlahiyyəti də verilibmiş.
 
Qəribə olan təkcə Mikayıl bəylə bağlı cərəyan edən hadisələr deyildi. Bizə çatan informasiyada onun əlindən alınan posta dəyərli həmkarımız Firuz Abdullanın təyin oldunduğu bildirilirdi. Biz də xəbərimizi bu cür təqdim etmişdik. Elə Mikayıl Nərimanoğlunun yeni vəzifəyə keçməsiylə bağlı dərc olun xəbərdə də belə yazılmışdı. Az sonra Firuz bəy özü də "sport24.az” saytına müsahibə verdi, yeni işiylə bağlı danışdı. Yəni, baş verən proseslər təsdiqləndi. Amma bir sutkaya yaxın vaxt keçsə də, AFFA-nın rəsmi saytında bu yerdəyişmələr barədə heç bir məlumat verilməyib. Niyəsi hamıya qaranlıqdı.
 

Bütün baş verənləri diqqətlə analiz edəndə AFFA-nın qayda-qanun, Nizamnamə və Əsasnaməylə yox, bir qrup adamın şəxsi istəyi, mülahizələri, şahmat oyunu ilə idarə olunduğunu görürürük. Sözsüz ki, Nərimanoğlunun "vurulması” da səbəbsiz deyil. Bu barədə bir başqa yazımızda bəhs etməyə çalışarıq.
 
Amal ABUŞOV
 

Tarix: 31 Oktyabr [15:50]
Oxunub: 193 dəfə
Müəllif: Aut.az

Haıcyev "Neftçi"də

Aut.az

Şahin Diniyev istefa verdi

Aut.az

"Səbail" və "Zirə" dən qələbə

Aut.az

“Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

Aut.az

"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacaq

Aut.az

Elxan Məmmədov geri addım atdı: komitələr ləğv edilir

Aut.az

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı

Aut.az

Azlıqda qalmaq onları bir az da bərkidir - Qurban Qurbanov

Aut.az

Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

Aut.az

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Aut.az