Bakı Metropolitenindən "Qarabağ"la bağlı AÇIQLAMA

Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Atletiko" qarşılaşması ilə əlaqədar olaraq, Bakı Metropoliteninin stansiyaları əvvəlki günlərə nisbətən 55 min nəfər artıq sərnişin daşıyıb.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevməlumat verib.
Onun sözlərinə görə, sərnişin çoxluğu əsasən "Koroğlu" stansiyasında qeydə alınıb: "Saat 17:00-dan sonra bu qədər artıq sərnişin daşınıb. Bu da oyunla bağlı idi. Daşınmada ciddi problem olmadı, çünki metropoliten əməkdaşları gücləndirilmiş iş rejimində çalışırdı. Saat 18:00 radələrində stansiyalarda sıxlıqlar yarandı ki, bu, həm də pik saatlarla bağlı idi. Yəni eyni vaxtda həm işdən çıxanlar, həm də "Qarabağ" - "Atletiko" oyununa gedənlər olduğu üçün sıxlıq yarandı. Buna baxmayaraq, ciddi narahatlıq olmadı".
N.Paşayev bildirib ki, oyun başa çatdıqdan sonra da "Koroğlu" stansiyasında qismən sıxlıq yaranıb: "Bunun isə iki səbəbi var idi: əksər sərnişinlərin gedişhaqqı kartlarının olmaması, onların turniketlərin qarşısında dayanaraq kartla metroya daxil olan sərnişinləri gözləməsi. Digər tərəfdən, stansiyaya daxil olan əksər sərnişinlərin kartları olsa da, balansı bitmişdi. Həmin sərnişinlərin kartı yükləmək üçün növbələr yaratması da sərnişinlərin hərəkətinə mane oldu. Bütün hallarda stansiya əməkdaşları sıxlığın qarşısını almağa çalışdılar və ümumilikdə daşınma normal həyata keçirildi. Ona görə də sərnişinlərdən xahiş edirik ki, bu cür tədbirlərə getmək üçün metropolitendən istifadə edərkən əvvəlcədən hazırlıqlı gəlsinlər ki, stansiyalarda problem yaranmasın".
Xatırladaq ki, sentyabrın 27-də Bakıda keçirilmiş "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 1 saata 25 mindən artıq sərnişin daxil olmuş və bu da "Koroğlu" stansiyasında sıxlıq yaratmışdı.
Tarix: 19 Oktyabr [16:30]
Oxunub: 72 dəfə
Müəllif: Aut.az

"Neftçi" çox ağır bir klubdu

Aut.az

Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI

Aut.az

Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

Aut.az

“Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı

Aut.az

"Ndovu vurduğu o qolun mükafatını aldı"

Aut.az

59 texniki məğlubiyyət, 4 qovulma - Azərbaycanda

Aut.az

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? - Vitse-prezident açıqladı

Aut.az

Hüseyn Cəbrayıloğlu: "Cənub futbolunda durum çox bərbaddı"

Aut.az

"Qarabağ" "Kəpəz"lə oyunun hazırlığına başladı

Aut.az

Birinci divizionda sabahkı oyunlara hakim təyinatları

Aut.az