Yüz faiz penaltidir - Mustafa Çulcu

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəbə olub.
Dino Ndlovu rəqibin cərimə meydançasının daxilində Dieqo Qodin tərəfindən kobudluğa məruz qalsa da, fransız referi ağdamlıların forvardının simulyasiya etdiyini düşünüb.
Nəticədə o, Ndlovuya ikinci sarı vərəqəni göstərərək, afrikalı hücumçunu meydandan qovub.
Bəs, görəsən, hakimin qərarı nə dərəcədə doğru idi? Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu epizodu şərh edib: “Yüz faiz penaltidir! Dino Ndlovu rəqibini aldatdıqdan sonra özünü niyə yerə atsın ki? Dieqo Qodin topa toxunmamış rəqibinin ayaqlarını yerdən kəsir və onu yıxır. Bu, açıq-aşkar penaltidir və əsla simulyasiya deyil. Nəzərə alaq ki, ikili mübarizə zamanı rəqib oyunçuya təmas var. UEFA isə bu cür epizodlarda “sarı vərəqə göstərməyin” deyir. Bir daha deyirəm, bu epizodda penalti təyin edilməli idi”.(Yenicag.az)
Tarix: 19 Oktyabr [14:00]
Oxunub: 93 dəfə
Müəllif: Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az

"Mançester Yunayted" - "Keşlə" matçında kütləvi dava

Aut.az

"Neftçi" iki legionerini göndərəcək

Aut.az

Birinci divizion: İki oyunun təyinatları açıqlandı

Aut.az

Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi

Aut.az

“Makkabi” faciəsi haqda bilmədiklərimiz - “Necə olacaq? Biabır olduq!”

Aut.az

Əmrah Çəlikəl: "Beşiktaş"la oyunun sentyabrda keçiriləcəyini dəqiq deyə bilmərəm"

Aut.az