Azarkeşlərə xüsusi avtobuslar ayrıldı – pulsuz aparılacaqlar

Çempionlar Liqasının bu gün “Atletiko”ya qarşı keçiriləcək qrup oyunundan sonra “Qarabağ”ın azarkeşləri üçün xüsusi avtobuslar ayrılıb.
 
Bu haqda klubun saytı məlumat yayıb.
 
Məlumatda qeyd edilib ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb: “Matçdan sonra azarkeşlərimiz üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlinib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında metronun “20 Yanvar”, “28 May” və “Qara Qarayev” stansiyalarına ödənişsiz olaraq azarkeşlərimiz üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərimizin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi ÇL-in "Qarabağ" - "Roma" oyunundan sonra azarkeşlərin xüsusi avtobuslarla pulsuz daşınacağı bildirsə də, bununla bağlı problem yaranmışdı. Azarkeşlər sosial şəbəkərlərdə matçdan sonra sözügedən avtobuslara rast gəlmədiklərini bildirmişdilər. 
Tarix: 18 Oktyabr [17:00]
Oxunub: 103 dəfə
Müəllif: Aut.az

Oyun bir daha göstərdi ki, çox işləməliyik - Azər Məmmədov

Aut.az

Yığmamız Gürcüstana məğlub oldu

Aut.az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

Aut.az

Bacarığı şişirdilən, böyük vəzifələrə layiq bilinməyən Elxan Məmmədov

Aut.az

"Mançester Yunayted" - "Keşlə" matçında kütləvi dava

Aut.az

"Neftçi" iki legionerini göndərəcək

Aut.az

Birinci divizion: İki oyunun təyinatları açıqlandı

Aut.az

Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edildi

Aut.az

“Makkabi” faciəsi haqda bilmədiklərimiz - “Necə olacaq? Biabır olduq!”

Aut.az

Əmrah Çəlikəl: "Beşiktaş"la oyunun sentyabrda keçiriləcəyini dəqiq deyə bilmərəm"

Aut.az