Dörd komandaya texniki məğlubiyyət verildi - Azərbaycanda

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Gənclər Liqasında “Sumqayıt” – “Səbail” matçının 90+2-ci dəqiqəsində “Səbail”in futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “İnter” – “Səbail” matçının 35-ci dəqiqəsində “İnter”in futbolçusu Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Neftçi” İK İB – “Neftçi” PFK matçının 36-cı dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqiçisi Rafael Əmirbəyov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-15 Liqasında “Sumqayıt” – “Səbail” matçının 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu İlkin İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Gəncə” TİM – TİM (Gəncə) matçının 43-cü dəqiqəsində TİM (Gəncə) klubunun futbolçusu Nahid Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Tovuz) – “Qartal” (Tovuz) matçında “Qartal” komandasanın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Göyçə” (Bakı) - “Sunami” (Sumqayıt) matçında “Göyçə” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qızlar arasında keçirilən Yüksək Liqanın “Zaqatala”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında “Əhmədli Yunayted”– “Fidan” matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
 

 

 

 

Tarix: 18 Oktyabr [14:00]
Oxunub: 85 dəfə
Müəllif: Aut.az

Ərəblər “Çelsi”yə dəstək verdi - Bakida - FOTO

Aut.az

Yunis Hüseynovun köməkçiləri müəyyənləşdi - ÖZƏL

Aut.az

"Zirə" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Futbolçu həbs olundu - Azərbaycanda

Aut.az

"Qaradağ Lökbatan" MOİK-ə, "Şüvəlan" "Turan Tovuz"a qalib gəldi

Aut.az

Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

Aut.az

"Neftçi"dən 18 qol

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir

Aut.az

"Təzyiq altında "Çelsi" olmalıdır" - Dino Ndlovu

Aut.az

Qurban Qurbanov: Onda gərək məni də dəyişsinlər - Müsahibə

Aut.az