25 Aprel 2018
Kristian Qurkyuff istefa verdi

Fransa Liqa 1 təmsilçisi “Renn”in baş məşqçisi Kristian Qurkyuff tutduğu postdan istefa verib.
Bu barədə məlumatı AFP yayıb. Xəbərdə 62 yaşlı mütəxəssisin çempionatın 9-cu turu çərçivəsində baş tutmuş “Genqam”la səfər oyunundakı məğlubiyyətin (0:2) ardından bu addımı atdığı qeyd edilib.
Qurkyuff ötən ildən “Renn”i çalışdırırdı. Komanda Liqa 1-in cari mövsümündə onun rəhbərliyi altında keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb, 15-ci pillədə qərarlaşıb.
Onu “Renn”in baş məşqçi postunda “Sent-Etyen”in sabiq məşqçisi Kristof Qaltyenin əvəz edəcəyi deyilir.
Tarix: 18 Oktyabr [12:00]
|
Oxunub: 84 dəfə
|
Müəllif: Aut.az
|