Azər Məmmədovun açıqlaması klubu silkələdi

“Kəpəz” oktyabrın 21-də “Neftçi”ni doğma meydanda qəbul edəcək

İllər-aylar ötsə də, AFFA-ya rəhbərlik edənlər dəyişsə də, Azərbaycan futbolunda iki problem həll olunmur ki olunmur. Birincisi əksər çempionat qarşılaşmalarının boş tribunalar önündə oynanılması, ikincisi isə uşaq futbolunun vəziyyətidi. Qeyd etdiyimiz birinci problem bəlkə də ölkə futbolunun inkişlafına birbaşa təsir göstərmədiyindən onu xüsusi qabartmaq, “tribunada yetərincə tərəfdar olnmur deyə, futbolumuz yerində sayır” kimi fikirlərə yer verib yaşanan uğursuzluqları bu amilə bağlamaq düzgün olmaz. Ancaq uşaq futbolundakı çatışmazlıqlara biganə yanaşmaq, bu sahədə baş verən biabırçılıqlara göz yummaq birbaşa futbolumuzun gələcəyini məhv etmək deməkdi.

Ötən sayımızda premyer-liqada çıxış edən klubların aşağı yaş qruplarının durumuna toxunmuş, legionerlərə yüzminlərlə pul xərcləyən bəzi klubların uşaq komandalarının adi məişət problemləri ilə baş-başa qaldığını vurğulamışdıq. Bu yöndə ən acınacaqlı vəziyyət isə ölkənin ən köklü və titullu klublarından biri olan “Kəpəz”dədi desək, yanılmarıq. “Sarı-göylər”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun qəzetmizə açıqlamasıyla tanış olduqca gəncəli uşaqların 21-ci əsrdə hansı çətinliklərlə baş-başa qaldığını görmək mümkündü: “Bu gün Gəncədə meydanlarla bağlı çox ciddi problem var. Uşaqların futbol oynaması, yetişməsi üçün yer yoxdu. Camaat süni örtükdən gileylənir, narazılıq edir. Vallah, biz adamların bəyənmədiyi həmin “süni”yə də möhtacıq. Vəziyyətimiz görün nə həddə çatıb ki, yağış olan kimi məşqləri təxirə salırıq. Niyə yalan deyim, aşağı yaş qruplarında məşqdən sonra çimməyə şərait yoxdu”. 
Sonra da deyirik ki, niyə İslandiya kimi ölkələr böyük yarışlara qatılır, ancaq Azərbaycan bunu bacarmır. Ölkənin ikinci ən böyük şəhərində, futbol məbədi kimi tanıdığımız Gəncədə hazırda uşaqların məşq etməsi üçün normal şərait yoxdusa, hansı gələcəkdən danışmaq olar?!
Azər bəyin süni örtüyə də həsrət qaldıqlarını vurğulaması da bir qədər qəribədi. Çünki “Dalğa Arena”nın süni örütüyü təbii otla əvəzlənəndə həmin örtüyün Gəncəyə göndəriləcəyi bildrilmişdi. Belə çıxır ki, geridə qalan aylar ərzində klub rəhbərliyi əllərində olan hazır materialı belə istifadəyə verməyiblər. Azər bəyin və “Kəpəz”in aşağı yaş qruplarında çalışan məşqçilərin arzusunda olduğu örütüyün nə vaxt döşənəcəyini bilmək üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq: “Dünən (srağagün) klubun aşağı yaş qruplarının məşqçilərinin iştirakı ilə toplantı oldu. Həmin iclasda Azər müəllimin qeyd etdiyi bütün problemlərlə bağlı müzakirələr aparıldı. Rəhbərlik yaxın günlərdə isti suyun bərpa olunacağını, hamamlarda krant və duşların yenisi ilə əvəzlənəciyini bildirdi. O ki qaldı “Dalğa Arena”dan çıxarılan və bizə verilən süni örtüyə, o hazırda klubun bazasındadı. Yaxın vaxtlarda stadionun ərazisində həmin örtük döşənərək aşağı yaş qruplarının ixtiyarına veriləcək. Həmin meydan hazır olduqdan sonra bütün qruplar məşqlərini öz stadionumuzda keçəcək”.
Azad bəy bizimlə söhbətdə onu da vurğuladı ki, yaxın günlərdə gəncəli azarkeşlər doğma komandalarının ev oyunlarını Gəncə şəhər stadionunda izləyə biləcəklər: “Bildiyiniz kimi, neçə müddət idi stadionumuzun ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlər görülürdü. Nəhayət, dünən (srağagün) bütün işlər yekunlaşdı. Oktyabrın 21-də “Kəpəz” “Neftçi”ni doğma meydanda qəbul edəcək. Həmin gün Gəncəyə futbol ictimaiyyətini təmsil edən qonaqların gələcəyi gözlənilir. Stadionumuz istifadəyə verildiyi gündən bu yana ilk dəfə arenada bu miqyasda işlər görülüb”.(futbol+)
Tarix: 16 Oktyabr [13:40]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

"Neftçi" çox ağır bir klubdu

Aut.az

Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI

Aut.az

Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

Aut.az

“Neftçi”dən qovulmasının səbəbini 10 ildən sonra açıqladı

Aut.az

"Ndovu vurduğu o qolun mükafatını aldı"

Aut.az

59 texniki məğlubiyyət, 4 qovulma - Azərbaycanda

Aut.az

"Neftçi"nin bazası nə vaxt hazır olacaq? - Vitse-prezident açıqladı

Aut.az

Hüseyn Cəbrayıloğlu: "Cənub futbolunda durum çox bərbaddı"

Aut.az

"Qarabağ" "Kəpəz"lə oyunun hazırlığına başladı

Aut.az

Birinci divizionda sabahkı oyunlara hakim təyinatları

Aut.az