Azərbaycan Premyer Liqasına maraq azalır

Azərbaycan Premyer Liqasının 8-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.
Ən çox azarkeş Sumqayıtda qeydə alınıb. Burda baş tutmuş “Sumqayıt” - “Qəbələ” oyununu (0:1) 1300 tamaşaçı tribunalardan izləyib.
 
Ən az tamaşaşı isə “Səbail” - “Neftçi” qarşılaşmasında (0:4) qeydə alınıb. Mərdəkandakı “Dalğa Arena” stadionunda keçirilən matçda cəmi 400 azarkeş olub.
 
Digər oyunlardan Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “Kəpəz” qarşılaşmasında (3:0) 1100, “İnter Arena”da baş tutmuş “İnter” - “Qarabağ” matçında (0:2) isə 1070 azarkeş qeydə alınıb.
 
Ümumilikdə, turun 4 oyununu 3870 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 967 tamaşaçı deməkdi. Xatırladaq ki, bu, cari mövsümdə qeydə alınmış ən aşağı göstəricidi. Bundan öncə ən aşağı göstərici 6-cı turda qeydə alınmışdı (975).

 

 

 
Tarix: 16 Oktyabr [11:30]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

"Çelsi" azarkeşləri üçün xüsusi giriş

Aut.az

Öncə Qurbanov, sonra Konte

Aut.az

Metro "Qarabağ"a görə gücləndirilmiş iş rejiminə keçir

Aut.az

FİFA prezidenti İlham Əliyevə forma hədiyyə etdi - FOTOLAR

Aut.az

"Birincilər"də bütün təyinatlar açıqlandı

Aut.az

AFFA Gəncədə məğlub oldu

Aut.az

Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?

Aut.az

Yığmamız Albaniyaya qalib gəldi

Aut.az

UEFA 6 klubumuz üçün pul göndərdi

Aut.az

"Qarabağ" - "Çelsi" matçını kim idarə edəcək?

Aut.az