Araz Abdullayevin komandası dava saldı, başlarına su şüşələri

Kipr çempionatında 7-ci turun oyunları çərçivəsində yığmamızın üzvü Araz Abdullayevin də formasını geydiyi "Anortosis” növbəti matçını keçirib.
 
Famaqusta təmsilçisi doğma meydanda "Apollon”la qarşılaşıb. Gərgin və qalmaqallı keçən 90 dəqiqə boyunca cəmi iki qol vurulsa da qalib müəyyənləşməyib. Start heyətində yer alan Araz matçı əvəzlənmədən keçirib. Görüşün 37-ci dəqiqəsində isə futbolçular arasında insident yaşanıb. Belə ki, "Anortosis"in futbolçusu Abdullahi Şehu rəqib futbolçuların yerləşdiyi ehtiyat oyunçular skamyasına hücum edərək kiminləsə mübahisə edib. Bunu görən "Apollon"un üzvü Jander onu saxlamağa çalışıb və bu dəfə futbolçular "kəllə-kəlləyə" gəlib. Hadisəyə Araz da müdaxilə edib, amma rəqib komandanın məşqçisi futbolçumuzu boğazından yapışıb itələsə də Araz ona cavab verməyib və yoldaşını kənara çəkməyə çalışıb. Daha sonra hakimə etirazını bildirən Şehu qırmızı vərəqə ilə meydandan qovulub. Elə bu məqamda həmin yerə yaxın olan tribunada oturan azarkeşlər hakimə və "Anortosis"in futbolçularına içi su ilə dolu stəkan, o cümlədən su qabları atmağa başlayıb və bunlardan bir çoxu "hədəfi"ni tapıb. Hətta onlardan biri hakimin də başına dəyib. İnsident yatırılandan sonra oyun davam edib. 
 
Hazırda "Anortosis” 15 xalla turnir cədvəlinə liderlik edir.

 

 

 

Tarix: 15 Oktyabr [18:40]
Oxunub: 215 dəfə
Müəllif: Aut.az

"Çelsi" - "Arsenal" 3:2 - VİDEO

Aut.az

"Latsio" - "Napoli" 1:2 - VİDEO

Aut.az

"Kyevo" - "Yuventus" 2:3 - VİDEO

Aut.az

"Barselona" - "Alaves" 3:0 - VİDEO

Aut.az

6000-ci qolu Messi vurdu - VİDEO

Aut.az

"Qarabağ"ın qələbəsi - VİDEO

Aut.az

"Milan"ın sabiq futbolçu repçi oldu - VİDEO

Aut.az

Zabit Səmədovdan MÖHTƏŞƏM QƏLƏBƏ - VİDEO

Aut.az

Qurban Qurbanov: "Qarabağ"ı millidən ayırmıram" - VİDEO

Aut.az

"Zenit" - "Dinamo 8:1 - VİDEO

Aut.az