Məmmədova qarşı ŞOK ittiham

Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Yaşar Məmmədov qurumun sabiq baş katibi Asəf Məlikovu məhkəməyə verib. Bu barədə "Report”a 82 yaşlı funksionerin özü bildirib.
 
Y.Məmmədov onu pedofillikdə ittiham etdiyi üçün A.Məlikovu məhkəməyə üz tutduğunu söyləyib. Vitse-prezidentin sözlərinə görə, bununla bağlı Azərbaycan milli komandasının üzvləri də məhkəməyə müraciət ediblər: "Mənə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən oktyabrın 19-da saat 15:45 üçün bildiriş gəlib. Yığma komandanın üzvləri – Sevil və Sevinc Bünyatova bacıları, Elmira Xudaverdiyeva, həmçinin Samirə Hüseynova da məhkəməyə müraciət ediblər. Onların öz vəkilləri var. Məlikovun məndə səs yazısı var. Deyir ki, qoy, pedofillik ittihamına görə məni məhkəməyə versin, uzağı 300 - 500 manat cərimə kəsəcəklər. Əvəzində Yaşar Məmmədovu bütün dünyada biabır edəcəyəm. Bu adamın 3 qızı qılıncoynatma ilə məşğul olur. Təsəvvür edirsiniz? Əvəzində bu cür ittihamla çıxış edir. Yığmadakı qızlar 8 yaşlarından bəri rəhbərliyim altında 20 ildir məşq edirlər. Onlara müxtəlif ölkələrdə yarışlarda olmuşuq. Aralarında evli olanlar da var. Bu cür ittiham olar? Mənim 82 yaşım var”.
 
Məsələ ilə bağlı "Report”a açıqlama verən A.Məlikov isə məhkəmədən bildiriş almadığını söyləyib: "Bununla bağlı nə şifahi, nə də rəsmi bildiriş almışam. Məhkəmə olsa, xəbər tutacaqsınız. Şəxsən mən ona "pedofil” deməmişəm. Yenə də özü bilər”.
 
Qeyd edək ki, hazırda AQF-nin prezidenti təhsil naziri Mikayıl Cabbarovdur. 
Tarix: 13 Oktyabr [18:00]
Oxunub: 148 dəfə
Müəllif: Aut.az

Məmmədov gənc qızlara çılpaq foto göndərirdi

Aut.az

Azərbaycan çempionundan biabırçı nəticə

Aut.az

Erməni idmançılar Bakıya gəlir

Aut.az

"Futbolinfo" - 4!

Aut.az

Məmmədova qarşı ŞOK ittiham

Aut.az

Ən yaxşı balta atıcısına 5900 AZN mükafat

Aut.az

"Kəpəz"in sadiq fanatına kömək edək!

Aut.az

Bakıda çempion oldu, İstanbulda avtomobilində güllələndi

Aut.az

Nazir Federasiyasının zallarını əlindən aldı - Azərbaycanda

Aut.az

"Ağ ev"ə gəldilər

Aut.az