Azərbaycandan təklif almamışam - Türkiyəli məşqçi

Türkiyəli məşqçi Engin Fırat Azərbaycan millisini çalışdıracağı barədə iddialara münasibət bildirib.
 
Hazırda ABŞ-ın “Dallas” klubunda çalışan məşqçi “ajansspor”a açıqlamasında yığmamızdan təklif almadığını deyib:
 
“Hazırda ABŞ-ın “Dallas” komandasındayam. Ancaq burdan ayrılacam. Başqa komandada çalışmaq istəyirəm. Danışıqlar apardığım klublar var. Bir neçə millidən də təklif var. Moldova və Kosova yığmalarını çalışdırmaq üçün bu ölkələrdən rəsmi təklif almışam. Lakin Azərbaycandan təklif almamışam. Bu barədə iddialar həqiqəti əks etdirmir. Çin liqasında çalışmaq hədəflərim arasındadı”.
 
Xatırladaq ki, millimizin baş məşqçisi Robert Prosineçkinin yığmamızla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.

 

 

 
Tarix: 13 Oktyabr [11:00]
Oxunub: 131 dəfə
Müəllif: Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az

"Neftçi"nin 20 ildi çempion olmayan 133 yaşlı rəqibi

Aut.az

“Neftçi” Avropa Liqasına harda start verəcək?

Aut.az

Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmadı

Aut.az

Azərbaycan klublarının Avropa Liqasındakı rəqibləri məlum oldu

Aut.az

"Olimpiya"nın baş məşqçisi "Qarabağ"dan danışdı

Aut.az

“Qəbələ”, “Keşlə” və “Neftçi”nin rəqibləri müəyyənləşir - BU GÜN

Aut.az

“Qarabağ” Avstriyaya yola düşür - BU GÜN

Aut.az

"Neftçi" Türk Hava Yollarının geyimlərində - FOTOLAR

Aut.az