Türklərin Monakoya girişi qadağan olunacaq

“Monako” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş”la ev oyununda türk azarkeşlərin stadiona girişini qadağan edəcək.
 
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Avropa Liqasının ötən mövsümü çərçivəsində baş tutmuş “Lion”la səfər oyununda yaşananlardan dərs çıxaran İstanbul təmsilçisi “Monako”ya müraciət edərək, bu qaşılaşmada yaşanacaq hansısa azarkeş qalmaqalına görə məsuliyyət daşımadıqlarını, stadiona türkiyəli azarkeşlərin buraxılmamasını bildirib. “Knyazlıq klubu” bundan sonra matçın keçiriləcəyi “II Lui” stadionunda böyük təhlükəsizlik planı hazırlayıb.
“Monako” türklərin müraciətindən sonra bilet satışını dayandırıb. Hazırda biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır. Türkiyəli azarkeşlərə nəinki bilet satılmaq, hətta oyun günü Monakoya girmək belə qadağan edilib.
 
Oyunöncəsi “II Lui” stadionunun ətrafında geniş təhlükəsizlik tədbirləri görüləcək. Arenaya keçirilən əşyalar xüsusi cihazla yoxlanılacaq. Bundan əlavə, stadiona daxil olan azarkeşlər matç zamanı arenanı tərk etsələr, geri qayıtmalarına icazə verilməyəcək. Qarşılaşma başladıqdan yarım saat sonra isə arenaya giriş dayandırılacaq.
 
“Monako” - “Beşiktaş” matçı oktyabrın 17-də keçiriləcək.

 

 

 
Tarix: 12 Oktyabr [13:45]
Oxunub: 42 dəfə
Müəllif: Aut.az

Karyerasını bitirdi

Aut.az

Ziya Əzizov oynamadı, komandası uduzdu

Aut.az

48 milyonluq ulduz futbolçu Türkiyədə

Aut.az

İspaniya DÇ-2018-dən kənarlaşdırıla bilər

Aut.az

“Fənərbaxça”dan daha bir ulduz transferi - İDDİA

Aut.az

"Qalatasaray" prezidentindən Arda Turan açıqlaması

Aut.az

Türklər Popoviçə qapını göstərdi

Aut.az

Türkiyə kubokunun püşkü atıldı

Aut.az

Fatih Kavlakı Cüneyt Biçər əvəzlədi

Aut.az

Ronaldinyo senator olmaq istəyir

Aut.az