Nazir Federasiyasının zallarını əlindən aldı - Azərbaycanda

Azərbaycan Basketbol Federasiyasıyası ciddi problemlərlə üz-üzə qalıb. Keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovun rəhbəri olduğu qurum fəaliyyətini dayandıra bilər.
 
Basketbol millisinin məşq keçə bilməsi üçün şərait yoxdur və idmançılar maaş ala bilmir. Bu da federasiyada ciddi problemlər yaradıb.
 
Məsələ ilə bağlı ABF-nin vitse-prezidenti Azər Qədirovla əlaqə saxladıq. 
 
Qurum rəsmisi federasiyanın bərbad vəziyyətə düşməsi və bunun səbəbkarları ilə bağlı Unikal.org-a danışıb:
 
"Federasiya nazirlik deyil, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımız vardı, onu da əlimizdən aldılar. Tofiq Bəhramovdakı zalımızı da bizdən aldılar. Məşq keçməyə zallarımız yoxdur. Zallar məktəblər daxilində var. Orada da basketbol oynamaq əlverişli deyil. Avropa Oyunlarınında basketbol yarışlarını Sərhədçi İdman Olimpiya Mərkəzində keçirdik. Ora da bizim deyil. "Gənclik”də Olimpiya Zalını bizə vermişdilər onu da aldılar”.
 
Federasiyanın vitse-prezidenti zalların nazirlik tərəfindən əllərindən alındığını da bildirib:
 

"Kim alıb? Təbii ki, hamı Gənclər Və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burada işləyirik. Pulları Nadir müəllim verir, gücü çatan qədər...
 
Nə milli komandamız var, nə də zalımız. Kişilərdən ibarət yığma komandanı bağlamışıq. Son vaxtlar "3x3”ə oynaya bilirdilər. İslam Oyunlarında legionerlərin də köməkliyi ilə 1-ci yer tuta bildik. İndi nə məşq edə bilirik, nə də respublika çempionatı keçirə bilirik.
 
Qaçırıq Gənclər və İdman Nazirliyinə ki, zal tapın, biz yerli çempionat keçirək. Bizə verməyə pulları, zalları yoxdur. Özümüzün də imkanımız yoxdur ki, zal tikək. Nazirliyə müraciət edəndə bizə deyirlər, "danışmayın, pulumuz yoxdur”.
 
Kimə deyək? Kimdir bizə baxan? Nazirlik bizə bir qəpik də pul ayırmır. Nə mənim, nə də rəhbərimiz Nadir Nəsibovun zal tikməyə gücü çatmır. İslamiada ərəfəsi Nadir müəllim öz cibindən legionerlərin gəlməsi üçün, məşq etmələri üçün pul ayırdı”.
 
Qurum rəsmisi zalların hansı səbəblə əllərindən alınmasına belə cavab verib:
 
"Bunu aidiyyatı qurumdan soruşmaq lazımdır. Elə nazirliyin özündən... Soruşun niyə yığma komanda yoxdur? Bakı birinciliyi niyə keçirilmir? Nazirlik bütün idman növlərinə baxmalıdır”.
Tarix: 12 Oktyabr [12:15]
Oxunub: 197 dəfə
Müəllif: Aut.az

1 illik diskvalifikasiya edildi

Aut.az

Dünya çempionu mühacirləri qurtarır - FOTO

Aut.az

İdman tariximizdə bir ilk

Aut.az

Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO

Aut.az

Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya Kompleksi

Aut.az

Boksçu döyüşə atla yola düşdü - FOTO

Aut.az

Göldə boğuldu

Aut.az

Hollandiyalı Braziliya adından çıxış etdi

Aut.az

Mixael Şumaxerlə bağlı acı xəbər

Aut.az

Qvardiola İngiltərədə Kataloniya restoranı açdı - FOTO

Aut.az