Futbolçu ölkə prezidenti oldu

1995-ci ildə "Ballon d'Or" (Qızıl Top) mükafatına sahib çıxan "Milan"ın sabiq üzvü Corc Vea ölkə prezidenti seçilib. 51 yaşlı veteran futbolçu Liberiyaya başçılıq edəcək.
 
Karyerasını bitirdikdən sonra futboldan uzaqlaşan Vea siyasətə qoşulub. 2005-ci ildə keçirilən prezident seçkilərində Ellen Yohnson Sirleafa uduzsa da, bu dəfə qalib gəlib. Demokratik İnkişaf Konqresinin namizədi olan veteran futbolçu 2014-cü ildən Liberiyanın Montserrado bölgəsinin senatoru idi.
 
Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində Liberiyanın "Miqt Barrolle", "İnvinsible Eleven", Fil Dişi Sahilinin "Afrika Sports", Kamerunun "Tonnerre Yaounde", Fransanın "Monako", PSJ, "Marsel", İtaliyanın "Milan", İngiltərənin "Çelsi", "Mançester Siti" klublarında oynayıb və karyerasını 2003-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunda bitirib. O, 1987-2003-cü illərdə oynadığı Liberiya millisində 60 oyun keçirib və 22 qol vurub.
 
O, "Miqt Barrolle" ilə Liberiya çempionluğunu və kubokunu, "İnvinsible Eleven"lə ölkə kubokunu, "Monako" ilə Fransa kubokunu, PSJ ilə Liqa 1-i, Fransa kubokunu (2) və Liqa Kubokunu, "Milan"la A Seriyasını (2), "Çelsi" ilə İngiltərə Federasiya Kubokunu qazanıb. 
 
1989, 1994, 1995-ci illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib, 1994/95 mövsümündə Çempionlar Liqasının bombardiri olub, 1995-ci ildə "Ballon d'Or"a sahib çıxıb. O, bu mükafatı qazanan ilk afrikalı futbolçu olub.
Tarix: 12 Oktyabr [11:00]
Oxunub: 145 dəfə
Müəllif: Aut.az

“Real” ABŞ-da oynamayacaq

Aut.az

UEFA-dan Azərbaycan klublarına daha bir zərbə

Aut.az

"Arsenal" daha bir futbolçusunu itirdi

Aut/az

Emin ehtiyatda qaldı

Aut.az

İsrafilov yenə ehtiyatda qaldı

Aut.az

Dünyanın ən bahalı 10 stadionu - SİYAHI

Aut.az

Nəbiyev oynadı

Aut.az

“Qarabağ”ın rəqibində ciddi itki

Aut.az

Dadaşov oynadı

Aut.az

Ozan Can üçün 28 dəqiqə

Aut.az