"Çox güman ki, Azərbaycanda qalmayacağam" - Robert

“Bir dəfə demişəm ki, yeni təkliflər üzərində çalışacağam. AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.
 
Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibəsində deyib.
 
Xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bu iddiaları təkzib edib: “Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol gəlmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik heç kim zəng etməyib. Ola bilsin sabah bu, baş verdi. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.
Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.
Tarix: 11 Oktyabr [10:20]
Oxunub: 57 dəfə
Müəllif: Aut.az

AFFA-nın inkişaf planı: 3 aya 43 texniki məğlubiyyət!

Aut.az

Murat Səttarlı "Kəpəz"də

Aut.az

Yaşar Vahabzadə “Kəpəz”də

Aut.az

Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində - FOTOLAR

Aut.az

Kamran Ağayev yanvarda bu kluba keçəcək - DANIŞIQLAR BAŞLADI

Aut.az

Qurban Qurbanov Londonda Konte ilə görüşdü - FOTO

Aut.az

“Neftçi” daha bir legioneri göndərdi - Rəsmi

Aut.az

"Kəpəz" Samba Diallo və Viktor Oseqeyli göndərdi

Aut.az

Oyuna 11 yox, 10 futbolçu ilə çıxıb - Azərbaycanda

Aut.az

“Qarabağ” Polşa çempionatında oynasa, lider olardı” – Jezniçak

Aut.az