"Neftçi"nin ən böyük səhvi

Azərbaycan Premyer Liqasında mövsümün açılış turunda “Zirə” ilə oyunun ilk 15-20 dəqiqəsində elə təəssürat yaranmışdı ki, “Səbail” çempionatın açıq-aşkar zəifi olacaq. Oyunun startında iki qol buraxdılar, bir penalti etdilər qapılarına... Lakin start həyəcanı keçəndən sonra meydan(lar)da tam fərqli “Səbail” gördük. O vaxtdan bu vaxta Samir Əliyevin yetirmələrinin ifasında çox maraqlı oyun izləyirik. “Neftçi” və “Kəpəz”i məğlub ediblər, “İnter” yalnız möcüzə sayəsində canını qurtara bilib Samir Əliyevin əlindən. Hələ onu da nəzərə almaq lazımdır ki, “Səbail” Premyer Liqanın ən təcrübəsiz komandasıdır. Yəni, 3-cü, 4-cü dövrələrdə özünə daha əmin, nəticəni əldə etməyin yollarını daha yaxşı öyrənmiş “Səbail” görə bilərik.
 
Samir Əliyevin komandası heç kimdən çəkinmir, açıq futbol sərgiləyir hamıya qarşı. Gənc mütəxəssisin “Neftçi”si də eynən belə idi. Nəticələr o qədər ürəkaçan olmasa da, “Neftçi” onun rəhbərliyi altında flaqmana yaraşan oyun sərgiləyirdi. İş olan yerdə nəticə də gələcəkdi. Bunu futbol adamları yaxşı bilir. Amma futboldan uzaq olan Elnur Məmmədov haradan bilərdi? O vaxt Samir Əliyevin yerinə Əsgər Abdullayevi gətirdilər, daha sonra Vəli Qasımov, Elxan Abdullayev keçdi sükanın arxasına. Əliyevdən sonra gələnlərin heç biri nə o futbolu göstərə bildi, nə də nəticə verdi. İndi sadəcə ehtimal etmək olar ki, “Neftçi”nin sükanı arxasında Samir Əliyev qalsaydı, flaqman indi hansı pillədə yer alardı... (sportal.az)
Tarix: 24 Sentyabr [18:00]
Oxunub: 148 dəfə
Müəllif: Aut.az

Azad Rəhimov: "Qarabağ" UEFA-ya şikayət edəcək"

Aut.az

Rəşad Sadıqov Messi və Ceko ilə eyni komandada - FOTO

Aut.az

Bakı Metropolitenindən "Qarabağ"la bağlı AÇIQLAMA

Aut.az

AFFA-dan Prosineçki açıqlaması

Aut.az

“Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – oyunun statistikası

Aut.az

Yüz faiz penaltidir - Mustafa Çulcu

Aut.az

"Qarabağ" - "Atletiko" oyununu neçə azarkeş izlədi?

Aut.az

“Marca”: "Fransalı hakim Bakıda matçın taleyini dəyişdi"

Aut.az

lham Əliyevin köməkçisi “Qarabağ”dan yazdı

Aut.az

Yakub Jezniçak: "Şehiç bu gün mağazanı bağlamışdı" - FOTO

Aut.az