"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı - VİDEO

Milli çempionatlarda növbəti turun oyunları keçirilir. "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri də meydana çıxıb.
 
Sentyabrın 27-də "Qarabağ"la qarşılaşacaq "Roma" Bakı səfərindən öncə "Udineze"ni qəbul edib. Oyun paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma"nın qollarına Edin Dzeko və Stepan Əl Şaravi (2) imza atıb. "Qarabağ"ın rəqibi 5 turdan sonra 12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

 

 

"Atletiko" İspaniya La Liqasının VI turunda "Sevilya"nı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Matçın qollarına Yannik Karrasko və Antoine Qrizmann imza atıb. "Atletiko" 6 turdan sonra 14 xalla turnir cədvəlinin 2-ci pilləsini tutur və lider "Barselona"dan 4 xal geri qalır.

 

 

"Çelsi" isə İngiltərə Premyer Liqasının "Stok Siti"nin qonağı olub. Lodon klubu səfərdə darmadağına sevinib - 4:0. Alvaro Moratanın het-trik etdiyi oyunda Pedro bir qol vurub. "Çelsi" 6 oyunda 13 xal qazanıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qarabağ"ın rəqibi liderlərdən - "Mançester Siti" və "Mançester Yunayted"dən 3 xal geri qalır.

 

 

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"ı qəbul edib və 4:1 hesablı qələbə qazanıb. Ağdam klubunun heyətində Mahir Mədətov 2, Riçard Almeyda (penalti) və Pedro Enrike hərəyə bir qol vurub. Ehtiyatda bir oyunu olan "Qarabağ" 15 xalla turnir cədvəlinə başçılıq edir.

 

Tarix: 24 Sentyabr [11:50]
Oxunub: 30 dəfə
Müəllif: Aut.az

“Trabzonspor” – “Akhisar” 1:6 - VİDEO

Aut.az

“İnter” - “Milan” 3:2 - VİDEO

Aut.az

“Betis” - “Valensiya” 3:6 - VİDEO

Aut.az

"Zaqatala"nın qapıçısı elə qol buraxdı ki... - VİDEO

Aut.az

Qapıçı komanda yoldaşı ilə toqquşub öldü - VİDEO

Aut.az

"Neftçi"dən "Səbail"ə 4 qol - VİDEO

aut.az

Araz Abdullayevin komandası dava saldı, başlarına su şüşələri

Aut.az

Panama millisini Dünya Kubokuna futbolçular deyil, azarkeş nənə və uşaq çıxardı - VİDEO

Aut.az

"Vətən" "Təhsil"ə divan tutdu - 9:0 - VİDEO

Aut.az

Vyana "Qarabağ"ının səfər qələbəsi - VİDEO

Aut.az