"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

"Barselona"nın Dortmund "Borussiya"sından aldığı Osman Dembelenin maaşı açıqlanıb. Qalmaqallı informasiyaları ilə diqqəti çəkən "Football Leaks" bu dəfə 20 yaşlı futbolçunun müqaviləsi ilə bağlı bəzi detalları əldə edib.
 
Məlumatda bildirilir ki, Dembele "Barselona" ilə illik 12 milyon avro maaş nəzərdə tutan müqaviləyə imza atıb. Bu isə onun "Borussiya"dakı maaşından 5 dəfə artıqdı. Belə ki, 20 yaşlı futbolçu alman klubunda illik 2,4 milyon avro maaş alırdı.
 
Dembelenin müqaviləsində bonuslar da nəzərdə tutulub. Bunlardan biri 3 kubokun (La Liqa, Kral Kuboku və Çempionlar Liqası çempionluğu) birdən qazanılması halında fransalı ulduz 3,3 milyon avro bonus qazanacaq.
 
"Barselona" Dembele üçün "Borussiya"ya 105 milyon ödəyib. Müqavilədə həmçinin performansa bağlı olaraq 42 milyon avro bonus nəzərdə tutulub. "Barselona" futbolçunun 25, 50, 75 və 100-cü rəsmi matçlarında qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Tarix: 23 Sentyabr [17:20]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

Sabiq "Kəpəz"li “Əl-Xor”da

Aut.az

3-cü dəfə böyrək köçürüldü

Aut.az

"Beşiktaş"ın futbolçularına mükafat

Aut.az

"Qalatasaray" - "Fənərbaxça" oyunu Çakıra tapşırıldı

Aut.az

Messidən qəribə hərəkət: corabından çıxardı…

Aut.az

Ardıcıl 42-ci oyunda da qol buraxdı

Aut.az

Qadın biznesmen Premyer Liqa klubunu alır - FOTOLAR

Aut.az

"Qarabağ"ın futbolçusu Türkiyəyə gedir

Aut.az

“Sevilya” 59 ildi belə müsibət görməmişdi

Aut.az

Nazarbayevin nəvəsi futbol federasiyasından kənarlaşdırıldı

Aut.az