Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun komandası “Dinamo” növbəti matçını keçirib. Berlin təmsilçisi Almaniyanın Şimal-Şərq Regional Liqasının VIII turunda “Bautzen”i qəbul edib.
 
Görüş həmyerlimizin komandasınnı asan qələbəsi ilə nəticələnib. “Dinamo”nun 5 cavabsız qolla qalib gəldiyi qarşılaşmanın qəhrəmanı məhz Rüfət olub. 14 və 20-ci dəqiqələrdə ilk 2 qola imza atan Dadaşov 59-cu dəqiqədə oyunda son nöqtəni qoyaraq het-trikini rəsmiləşdirib. Yalnız bundan sonra baş məşqçi onu əvəzləyib.
 
Qeyd edək ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Dinamo”nun aktivində 16 xal var.
Tarix: 23 Sentyabr [13:10]
Oxunub: 63 dəfə
Müəllif: Aut.az

Hakimin burnunu dişləyən futbolçu həbs olundu!

Aut.az

“Vilyareal”dan "Atletiko"ya

Aut.az

KONKAKAF-ın ən yaxşısı - “Real”lı oldu

Aut.az

Ən çox maaş alan məşqçilər

Aut.az

Azarkeşlər sosial şəbəkələrdə COŞDU - "Qalatasaray"ın baş məşqçisini yerdən-yerə vurdular - FOTOLAR

Aut.az

Türkiyədə möhtəşəm pankart: Qüds bizimdir - FOTO

Aut.az

"Beşiktaş"ın transfer boması: 56 milyonluq ulduz gəlir

Aut.az

"Fatih Terim "Qalatasaray"a gəlməlidir" - Dilmən

Aut.az

Şenol Günəşdən Arda Turan açıqlaması

Aut.az

69 oyunluq seriya qırıldı

Aut.az