“ASAN xidmət” mərkəzləri arasında Peyntbol turniri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq gənclərin vətənpərvər, mənəvi və sağlam formalaşdırılması sahəsində işlər davam etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə birgə tədbirlər davam etdirlir.  
 
Peyntbol idman növü gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Belə ki, hərbi vətənpərvərliyin artırılması sahəsində peyntbol idman növünün xüsusi yeri vardır. 
 
3 oktyabr 2014-cü il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları arasında Şüvəlan qəsəbəsi ARENA idman klubunda Peyntbol Turniri keçiriləcək. 
 
Turnirin əsasnaməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Peyntbol Federasiyası tərəfindən təsdiq edilib.
 
Turnir 16 komanda və hər bir komandanın tərkibində 6 idmançı olmaqla təşkil ediləcək. Turnirin keçirilməsində məqsəd gənclərin fiziki hazırlığının artırılmasına dəstək, onların  idman naliyyətlərinin, o cümlədən vətənpərvərliyin təbliğ edilməsi, peyntbol idman növünün gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda mənəvi və fiziki tərbiyəsi, həmçinin, gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir.
 
Turnirdə 1, 2 və 3 –cü yerləri qazanacaq komandalara və digər iştirakçılara müvafiq olaraq qiymətli hədiyyələr, diplomlar, xatirə medalları təqdim olunacaq.
 
İdmançıların mükafatlandırlması mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Peyntbol Federasiyasının rəhbərliyi iştirak edəcək. 
Tarix: 26 Sentyabr [16:29]
Oxunub: 544 dəfə
Müəllif: Aut.az

Millimizin iki üzvü Ukrayna klubunda

Aut.az

Firdovsi Umudov çeçenlərlə bağlı insidentə reaksiya - FOTO

Aut.az

Azərbaycanın əməkdar məşqçisi prezidentə müraciət etdi

Aut.az

"Keşlə" - "Sumqayıt" 2:1 - VİDEO

Aut.az

Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...” - VİDEO

Aut.az

Putini nakauta salan qadın kimdir? - FOTOLAR

Aut.az

Həbib 550 min cərimə ödədi - 200 min də ödəyəcək

Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az