"Bakı"nın bazasında yeni futbol akademiyası yaradıldı

AFFA-nın təşkil etdiyi uşaq liqalarında yeni komanda mübarizə aparacaq. U-10, U-12, U-13, U-14 və U-15 liqalarında "İsgəndər Cavadov Bakı Futbol Akademiyası” da yarışacaq. 

Artıq AFFA bu komandanın iştirakını təsdiqləyib və təqvimi müəyyənləşdirib.
 
"Bakı” Futbol Klubunun təlim-məşq bazasında fəaliyyətə başlayan bu akademiya hələlik pilot layihədi. Yarışa qoşulacaq komandaların tərkibini əsasən paytaxtdan yığılan uşaqlar təşkil edəcək. Amma bu, yalnız qarşıdakı mövsümdə belə olacaq.
 
Akademiyanın təşkili ilə bağlı işlər gec yekunlaşdığından istedadların axtarışı istənilən səviyyədə reallaşmayıb. Amma növbəti illərdə akademiyanın əsas hədəfi bölgələrdəki istedadlı uşaqları seçərək yetişdirmək, milli komandalara yüksək səviyyəli namizədlər hazırlamaqdı.

AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti olan İsgəndər Cavadov bu qurumlardakı fəaliyyətindən razı deyil. İcraiyyə Komitəsi 2017-ci ildə bircə dəfə yığışıb, regional federasiyadakı işlər isə AFFA-nın diqqətsizliyi üzündən iflic vəziyyətindədi. Görünür, məşhur veteran futbolçumuz sevimli idman növündəki fəaliyyətini daha intensiv etmək üçün bu akademiyanın yaradılmasını istəyib.
 
Dövrünün ən istedadlı futbolçularından olan Cavadovun yaratdığı akademiyanın yeni, gənc nəslin inkişafına təkan olacağını düşünürük. Hələlik işlər yeni başlayıb, bütün komandalar Qəhrəman Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətindədi.
 
Lakin zamanla ölkənin tanınan uşaq məşqçilərinin, ən istedadlı yeniyetmələrinin bu akademiyada toplanması planlaşdırılır. Yaxın günlərdə "İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın fəaliyyətə başlaması ilə əlaqədar səbəbkarın təqdimat xarakterli mətbuat konfransı nəzərdə tutulub.
Tarix: 22 Sentyabr [16:45]
Oxunub: 46 dəfə
Müəllif: Aut.az

Azad Rəhimov: "Qarabağ" UEFA-ya şikayət edəcək"

Aut.az

Rəşad Sadıqov Messi və Ceko ilə eyni komandada - FOTO

Aut.az

Bakı Metropolitenindən "Qarabağ"la bağlı AÇIQLAMA

Aut.az

AFFA-dan Prosineçki açıqlaması

Aut.az

“Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – oyunun statistikası

Aut.az

Yüz faiz penaltidir - Mustafa Çulcu

Aut.az

"Qarabağ" - "Atletiko" oyununu neçə azarkeş izlədi?

Aut.az

“Marca”: "Fransalı hakim Bakıda matçın taleyini dəyişdi"

Aut.az

lham Əliyevin köməkçisi “Qarabağ”dan yazdı

Aut.az

Yakub Jezniçak: "Şehiç bu gün mağazanı bağlamışdı" - FOTO

Aut.az