AFFA-nın cibdə atılan püşkü

AFFA-nın təşkil etdiyi uşaq liqalarında yeni mövsüm start götürüb. Artıq ilk oyunlar keçirilib və nəticələr də məlumdu.
 
Fanat.Az xəbər verir ki, hələlik 3 liqada oyunlar başlayıb. İştirakçıların siyahısına baxdıqda aydın olur ki, həm Premyer Liqada, həm də I divizionda komanda sayının azalması bu yarışlara da təsir edib.
 
Hazırda Gənclər Liqası adlanan 19 yaşlıların mübarizəsinə 9 kollektiv qoşulub. Ötən il bu yarışda 12 komanda mübarizə aparırdısa, hazırda elita təmsilçilərinin bu yaşdakı kollektivlərinə kənardan yalnız “Neftçi” İK İB qatılıb. 9 komandalı yarışda hər tur bir iştirakçı istirahət edəcək.
 
Ötən mövsüm 13 komandanın yarışdığı U-17 liqasında indi 12 kollektiv var. 8 elita klubuna “Neftçi” İK İB və “Xəzər Lənkəran” da qoşulub. Diviziondan yalnız “Mil-Muğan” və “Ağsu”nun yarışda olması digər aşağı dəstə təmsilçilərindəki vəziyyətə də güzgü tutur.
 
U-16 liqasında da hər tur bir komanda istirahət edəcək. Buna səbəb ötən mövsüm 12 komandanın mübarizə apardığı liqada iştirakçı sayının azalmasıdı. Bütün yarışlara komanda buraxan “Neftçi” İK İB 8 elita klubu kimi ənənəyə sadiqdisə, digər 2 yeri diviziondan “Vətən” və “Turan” tutur.
 
Ən qəribə olan odur ki, bu yarışların təbliğatı yenə ən aşağı səviyyədədi. Bu yarışı təşkil edən departamentin rəhbəri Yusif Vəliyev o qədər güclü marketoloqdu ki, hətta çempionatın püşkünü də cibində atıb və sinədəftər təqvim hazırlayıb. İştirakçılar püşkatmaya dəvət olunmayıb, təqvim də AFFA-dakıların ürəyi istədiyi tərtib olunub. Qarşıdakı günlərdə başlayacaq digər liqalarda da eyni “praktika”dan istifadə olunub.
 
futbolinfo.az
Tarix: 22 Sentyabr [16:15]
Oxunub: 127 dəfə
Müəllif: Aut.az

Azad Rəhimov: "Qarabağ" UEFA-ya şikayət edəcək"

Aut.az

Rəşad Sadıqov Messi və Ceko ilə eyni komandada - FOTO

Aut.az

Bakı Metropolitenindən "Qarabağ"la bağlı AÇIQLAMA

Aut.az

AFFA-dan Prosineçki açıqlaması

Aut.az

“Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – oyunun statistikası

Aut.az

Yüz faiz penaltidir - Mustafa Çulcu

Aut.az

"Qarabağ" - "Atletiko" oyununu neçə azarkeş izlədi?

Aut.az

“Marca”: "Fransalı hakim Bakıda matçın taleyini dəyişdi"

Aut.az

lham Əliyevin köməkçisi “Qarabağ”dan yazdı

Aut.az

Yakub Jezniçak: "Şehiç bu gün mağazanı bağlamışdı" - FOTO

Aut.az