Mahaçqala meri Azərbaycan boksçusuna mənzil bağışladı

Dağıstan paytaxtının meri Musa Musayev boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidova bağışladığı mənzilin açarlarını ona təqdim edib.
 
Bu barədə "Mahaçqala xəbərləri" məlumat yayıb.
 
Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən superağır çəkili idmançı Dağıstanın paytaxtı Mahaçaqladakı mənzilə 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində keçirilən dünya birinciliyində qazandığı üçüncü qələbəyə görə layiq görülüb.
 
Musa Musayev idmançımıza verilən mənzillə bağlı bunları deyib:
"Dağıstanda idman elə yüksək səviyyədə inkişaf edib ki, bizim bir çox idmançılarımız dünya səviyyəli yarışlarda və olimpiya oyunlarında başqa ölkələrin heyətlərində çıxış edirlər. Amma bütün hallarda, hansı ölkələr üçün çıxış etmələrinə və hansı ölkələrin bayraqlarını ucaltmalarına baxmayaraq, onlar hər şeydən əvvəl, rusiyalı və dağıstanlı olaraq qalırlar. Sevindirici haldı ki, belə ləyaqətli oğullar, harda olmalarından asılı olmayaraq, Dağıstana şöhrət qazandırırlar” .

 

 

 
Tarix: 13 Sentyabr [17:30]
Oxunub: 98 dəfə
Müəllif: Aut.az

19 yaşlı "rezin qız" - FOTOLAR

Aut.az

Naxçıvan icra başçısı şahmatçının pulunu vermir

Aut.az

Sən nə yamansan, a buz!

Aut.az

Olimpiadadakı yeganə təmsilçimiz finişə çata bilmədi

Aut.az

Hafiz Hacıyev: İdmançı öz millətimizdən olsa, yaxşıdır

Aut.az

Azərbaycan millisinin Ermənistanla qarşılaşacağı TARİX AÇIQLANDI

Aut.az

Azərbaycan millisinin üzvündə dopinq tapıldı

Aut.az

İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI

Aut.az

Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idman qayıdır - MÜSAHİBƏ

Aut.az

Zabit Səmədov “ləzginka” oynadı - VİDEO

Aut.az