"Neftçi" üçün canımı qoymuşam" - VİDEO

"Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram".

Bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə  açıqlamasında deyib.

Millimizin sabiq üzvü  “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib: "Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın. 

R.Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib: "Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

Tarix: 13 Sentyabr [16:50]
Oxunub: 144 dəfə
Müəllif: Aut.az

“Qarabağ” italiyalı qapıçı gətirir

Aut.az

“Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

Aut.az

"Qarabağ" əzəmətli komandadı" - "Olimpiya"nın kapitanı

Aut.az

Kamran Quliyev: "Tərlan Əhmədovla yola birgə davam edə bilməzdik"

Aut.az

Ölkədən qaçdığı deyilən "Xəzər"in prezidenti saxlanıldı

Aut.az

Mahmud Qurbanov: "Futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım"

Aut.az

"Neftçi" legionerlərini bazaya buraxmadı

Aut.az

"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirdi

Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az