"Şehiçin cəmi bir epizodda səhvi oldu" - Hüseyn Məhəmmədov

"Çelsi"yə böyükhesablı məğlubiyyətdən sonra "Qarabağ"ın haqqında mənfi fikirlər söylənlən futbolçularından biri də qapıçı İbrahim Şehiçdi.
 
Əksəriyyət buraxılan qolların bəzilərinin məhz Şehiçin günahı ucbatından vurulduğunu bildirir. Ümumiyyətlə qapıçı haqda heç də yaxşı fikirlər söylənilmir, ümumiyyətlə gələn oyunda meydana buraxılmamasına çağırırlar. Bəs həqiqətən belədimi? 
 
Bu üzdən mütəxəssis fikri öyrənməyi lazım bildik. Veteran qapıçı Hüseyn Məhəmmədov Sport7.az-a açıqlamasında bunları bildirdi: 
 
"Özünüz də bilirsiz ki, "Çelsi" ən güclü, dünyanın sayılıb-seçilən klublarındandı. Qapıçıya gəlincə cəmi bir epizodda, ikinci qolda səhvi oldu. Qolu vuran futbolçunun ustalığı, meydanı görmə qabiliyyəti, ona o qədər imkan yaratdı ki, istədiyini edə bildi. Qalan vaxtda Şehiçin o qədər də kobud səhvləri olmadı. İşinin öhdəsindən gəldi. 
 
Düzdü uzaqdan vurulan qollar da oldu. Amma bu o demək deyil ki, qapıçı səhv edib. Səhv sayılmır. Qapıçı üçün çatmaq və çatmamaq amilləri var. Bu da topun mövqeyindən, vurulan zərbədən, sürətindən asılıdı. Meydanda olmadığımıza görə kənardan başqa cür görünür. Amma bu meydanda tam başqa formada həyata keçən prosesdi. Mövqe, gözləməmək səhvi ola bilər. İkinci qol zamanı da rəqibdən asma gözləyirdi deyə möqeyindən çəkilmişdi. 
 
Çıxışlarda bir epizodda problem oldu. Rəqib yüksək səviyyəlidi, yığmadan oynayan futbolçulardan ibarətdi. Üstəlik İngiltərə və Azərbaycan futbolunu da heç bir şəkildə müqayisə edə bilmərik. Orda bir oyunda asmaların sayı bəlkə də 20-dən çox olur. Amma Azərbaycanda bəlkə də oyun ərzində 2-3 asma ola ya olmaya. Bundan əlavə fiziki durum, atletik futbol, rəqibdə daha yüksək səviyyədə olduğu üçün sırf Şehiçdə günah axtarmaq olmaz. Normal, bacardığı qədər oynadı. Daha bundan artıq nəsə edə bilməz.
 
Kainbolotski ilə müqayisə etmək deyəndə, Şehiç gözümüzdə artıq formalaşmış qapıçıdı. Ona bələdik. Yeni qapıçı ilə bağlı onu deyə bilərəm ki, hansı klubdan gəldiyi bəllidi. O klubda oynayıbsa deməli qapıçı kimi püxtələşib. Amma oyun praktikası məsələsi var. Bu olmadığına görə Qurban müəllim Şehiçə daha çox üstünlük verir. İnanmıram ki, Şehiçlə müqayisə oluna. Ancaq səviyyəli qapıçı olduğu görünür. Növbəti oyunda onun meydana çıxıb-çıxmayacağına Qurban müəllim qərar verə bilər. Ola bilər hazırlanmalıdı və psixoloji cəhətdən köklənməlidi. Səhv etmirəmsə avrokuboklarda "Qarabağ" 2-dən artıq qol buraxmamışdı. "Çelsi" ilə oyunun nəticəsi Şehiçə təsir edə bilər. Motivasiyasını aşağı salması mümkündü. Mən deyərdim ki, Qurban müəllim növbəti dəfə də ona şans versin və inandıqlarını göstərsin. Psixoloji gərginlik yarana bilər. Qurban müəllim yaxşı mütəxəssislərimizdəndi. Bu səviyyəyə gəlib çatmaq hər məşqçiyə nəsib olmur. O futbolçuya motivasiya vermək gücündə olan məşqçidi".
Tarix: 13 Sentyabr [16:00]
Oxunub: 79 dəfə
Müəllif: Aut.az

Millinin heyəti açıqlandı

Aut.az

Ərəblər “Çelsi”yə dəstək verdi - Bakida - FOTO

Aut.az

Yunis Hüseynovun köməkçiləri müəyyənləşdi - ÖZƏL

Aut.az

"Zirə" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Futbolçu həbs olundu - Azərbaycanda

Aut.az

"Qaradağ Lökbatan" MOİK-ə, "Şüvəlan" "Turan Tovuz"a qalib gəldi

Aut.az

Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

Aut.az

"Neftçi"dən 18 qol

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir

Aut.az

"Təzyiq altında "Çelsi" olmalıdır" - Dino Ndlovu

Aut.az