Biabırçılıq: hakimi vurdular, ara qarışdı - Azərbaycanda

“Şəmkir”in fəaliyyətini dayandırmasından sonra bu “yaranı” öz aləmində qaysaqlatmağa çalışan Şəmkir Rayon İcra futbol üzrə rayon birinciliyi keçirməyə qərar vermişdi. Hətta bunu mediaya böyük futbol bayramı kimi təqdim etmişdi. Adını da rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi qoymuşdular. Hətta açılışında Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov da iştirak və çıxış etmişdi.
14 komandanın 4 qrup üzrə yarışdığı bu birincilikdə heç də hər şey göründüyü kimi bəh-bəhli deyil.
Əksinə, bu turnirdə kifayət qədər çatışmazlıqlar var. Əldə etdiyimiz son məlumat isə əsl biabırçılıqdır. Belə ki, ötən gün keçirilən “Dəllər Çəyir” – “Kür qəsəbə” komandalarının oyununda ilk biabırçılıq yaşanıb. Belə ki, ilk hissədə hakim “Kür qəsəbə”nin mübahisəli qolunu qeydə alıb. Buna etiraz edən “Dəllər Çəyir” komandası ikincin hissəyə çıxmaqdan imtina edib.
“Şəmkir” – “Mahmudlu” matçında isə əsl rüsvayçılıq yaşanıb. Öncə onu qeyd edək ki, oyunun təşkilatçılığı və təhlükəsizliyin təmini sıfır dərəcəsində idi. Polisin olmaması gələcək həngaməni qaçılmaz edirdi. Məhz bunun nəticəsi idi ki, azarkeşlər az qala meydançaya daxil olub ordan oyunu izləyirdi. Belə olan halda yan xətt hakimi üçün də böyük problem yaranırdı. Elə həngamənin də əsası burda qoyuldu. Belə ki, oyunun gedişində laysman azarkeşlərdən bir qədər kənara çəkilməyi və xətti tapdalamamağı xahiş etdi. Bu zaman azarkeşlərdən biri “sən kimsən ki, bizə belə söz deyirsən stadion bizimdi özümüz bilərik” deyərək yan xətt hakiminə hücum çəkib və onu vurub. Qonaq komandanın futbolçuları olaya müdaxilə edincə onlar da fiziki təzyiqə məruz qalıb və bununla da oyunda dava-dalaş başlayıb. Qısa zamanda dava kütləvi şəkil alıb. Bir neçə nəfər çox ciddi xəsarət alaraq xəstəxanaya aparılıb. Bu da Şəmkir rəhbərliyinin bayram dediyi birinciliyin acı nəticəsi. Görəsən polis olmadan, hakimlərin, futbolçuların təhlükəsizliyi təmin olunmadan bu yarışı keçirmək göstərişini kim verib? Hər halda ümid edirik ki, təşkilatçılar bu biabırçılıqdan nəticə çıxardacaq. İnsanların həyatı ilə oynamaq olmaz.(rekord.az)
Tarix: 13 Sentyabr [15:40]
Oxunub: 196 dəfə
Müəllif: Aut.az

"Şəmkir"dən 6 transfer

Aut.az

Azərbaycan - Makedoniya: Başlama saatı bilindi

Aut.az

Premyer Liqamızda oyunların başlama saatı açıqlandı

Aut.az

Birinci divizionun oyunları eyni saatda

Aut.az

"Sumqayıt"da müvəqqəti prezident - Rəsmi

Aut.az

Riad Rəfiyev "Sumqayıt"ın prezidenti təyin oluna bilər

Aut.az

Neftçi"nin yeni prezidenti Musayevə "cəbhə" açır, yoxsa..?

Aut.az

Zaur Hacı-Məhərrəmov: "Məsləhət olsa gedərəm, olmasa da işimi davam etdirəcəm"

Aut.az

Futbol borçalıları Bakıda görüşdürdü

Aut.az

"Neftçi" - "Zirə": Başlama saatı açıqlandı

Aut.az