Portuqaliya klubu Yaşar Seyidovun oğluna ev verdi

Portuqaliyanın “Louletano” klubuna transfer olunan "Bakı"nın futbolçusu Valeh Seyidov evlə təmin olunub.
Bu haqda məlumatı "Futbol plus" qəzetinə açıqlamasında futbolçunun atası Yaşar Seyidov verib.
O, eyni zamanda Valehin hələ də yeni klubunda debüt edə bilməməsinin səbəbini açıqlayıb: "Valeh bir müddət rəsmi oyunlarda meydana çıxa bilməyəcək. Yerli qanunlara uyğun olaraq müəyyən sənədləşmə işləri qalıb ki, hazırda onların həlli ilə məşğuluq. Təxminən 10-15 günə qaydaya salmalıyıq. Ondan sonra oynayacaq. Problem bilirsiz nədədi? Səhvə özüm yol vermişəm. Valeh burdan gedəndə mənə etibarnamə verməliydi ki, bəzi sənədləri toplayıb Portuqaliyaya göndərə bilim. İndi oğlumun adına olan lazımi sənədləri ala bilmirəm. İndi Portuqaliyada notariusda təsdiq etdirib Bakıya göndərməlidi. Mən də Bakıdakı poçt idarəsindən götürüb 1 saylı notariusa göndərməliyəm. Ondan sonra sənədləri toplayıb yenidən Portuqaliyaya göndərməliyəm. Getməmişdən mənə etibarnamə versəydi, problem olmayacaqdı".
Tarix: 13 Sentyabr [15:00]
Oxunub: 147 dəfə
Müəllif: Aut.az

“Qarabağ” italiyalı qapıçı gətirir

Aut.az

“Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

Aut.az

"Qarabağ" əzəmətli komandadı" - "Olimpiya"nın kapitanı

Aut.az

Kamran Quliyev: "Tərlan Əhmədovla yola birgə davam edə bilməzdik"

Aut.az

Ölkədən qaçdığı deyilən "Xəzər"in prezidenti saxlanıldı

Aut.az

Mahmud Qurbanov: "Futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım"

Aut.az

"Neftçi" legionerlərini bazaya buraxmadı

Aut.az

"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirdi

Aut.az

"Neftçi"nin rəqibindən Azərbaycana qarşı təxribat - FOTO

Aut.az

"Neftçi" mərhələ adlasa "Sevilya" ilə qarşılaşacaq

Aut.az