DÇ-2018-in bilet qiymətləri açıqlandı - Sabah satış başlayır

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
 
Satışın ilk mərhələsi 14 sentyabr - 16 noyabr tarixlərini əhatə edəcək. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel tarixlərində satışa çıxacaq. Azarkeşlər Konfederasiyalar Kubokunda olduğu kimi dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər. Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq.
 
Xaricdən Rusiyadakı mundialı canlı izləmək istəyənlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır.
DÇ üçün 4-cü kateqoriya biletlər də satışa çıxarılacaq. Lakin bu biletlər ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.

 

 

 
Tarix: 13 Sentyabr [14:00]
Oxunub: 33 dəfə
Müəllif: Aut.az

Yığmamızın sabiq üzvü danışılmış oyunun iştirakçısı olub

Aut.az

"Qarabağ"ın futbolçularına oynamaq icazəsi verildi

Aut.az

İranlı futbolçu 4 oyunluq cəzalandı

Aut.az

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

Aut.az

“Atletiko” qalib gəlib 2-ci pilləyə yüksəldi

Aut.az

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

Aut.az

A Seriyasında dopinq şoku

Aut.az

Donald Trampın oğlu MLS liqasında

Aut.az

Məşhur futbolçu karyerasını dayandırdı

Aut.az

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

Aut.az