“Qarabağ”-“Çelsi”: millət vəkillərindən - Proqnoz

Bu gün saat 22:45-də Avropa Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” “Çelsi” klubu ilə ilk oyununa çıxacaq.

Millət vəkilləri axşam baş tutacaq oyunla bağlı öz proqnozlarını verib.

Fazil Mustafa: Çox güclü rəqiblə üz-üzəyik. Hesabın 3-1 “Çelsi”nin xeyrinə olacağını düşünürəm. “Qarabağ”ın “Çelsi”ni səfərdə udmasını gözləmirəm. Ancaq ümid edirəm ki, “Qarabağ” müəyyən addımlar ata biləcək.

Aqil Abbas: “Çelsi” Avropanın ən güclü 10 komandasından biridir. Amma “Qarabağ” da tarix yazan komandadır. Bu futboldur, təbii ki! “Çelsi” ilə oynamaq böyük fərqlilikdir. “Qarabağ” onların qarşısına çıxacaq və sona qədər döyüşəcək. Bütün türk dünyasının sevgisi onlarladır.

Vahid Əhmədov: “Qarabağ” pərəstiş etdiyim komandalardandır. “Çelsi” isə çox güclü komandadır. Onun rəhbəri Abramoviç vaxtı ilə SSRİ-də yaşamış adamdır. Amma “Qarabağ”ın da əzmlə döyüşəcəyinə inanıram. Hesabın heç-heçə (1-1 və ya 2-2) olacağını düşünürəm.

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı bu gün saat 22:45-də başlayacaq.

Tarix: 12 Sentyabr [21:40]
Oxunub: 79 dəfə
Müəllif: Aut.az

Millinin heyəti açıqlandı

Aut.az

Ərəblər “Çelsi”yə dəstək verdi - Bakida - FOTO

Aut.az

Yunis Hüseynovun köməkçiləri müəyyənləşdi - ÖZƏL

Aut.az

"Zirə" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Futbolçu həbs olundu - Azərbaycanda

Aut.az

"Qaradağ Lökbatan" MOİK-ə, "Şüvəlan" "Turan Tovuz"a qalib gəldi

Aut.az

Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

Aut.az

"Neftçi"dən 18 qol

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir

Aut.az

"Təzyiq altında "Çelsi" olmalıdır" - Dino Ndlovu

Aut.az