"Qarabağ"ın U-19-u azlıqda böyük hesabla uduzdu

Bu gün Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında yeni mövsüm başlayıb. Aut.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ"ın U-19 komandası da turnirdə debüt edib. 

 

Tarixində ilk dəfə Azərbaycan təmsilçisi Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Çelsi”dəki həmyaşıdları ilə qarşılaşıb. C qrupunun matçı London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçirilib. Oyunun ilk yarısını qolsuz bərabərliklə başa vuran təmsilçimiz fasilədən sonra azlıqda qalıb və qapısından 5 cavabsız top buraxaraq uduzub.

 

"Qarabağ" ümumilikdə bu yarışda iştirak edən ilk komanda deyil. 2015/16 mövsümündə sözügedən turnirə vəsiqə qazanan və "Spartak”la qarşılaşan "Rəvan” səfərdə 0:4 hesabı ilə yenilmiş, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə "Qəbələ” "Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə boyun əymişdi.

 

Onu da qeyd edək ki, 2015-ci ildə Gənclər Liqasının qalibi adını məhz "Çelsi" qazanıb. İngilislər finalda Ukrayna "Şaxtyor"u ilə baş tutan görüşdə 3:2 hesablı qələbəyə sevinərək bu titula yiyələnib. 

 

 

Gənclər Liqası

C qrupu

 

12 sentyabr 

Çelsi - Qarabağ - 5:0

Qollar: Kallum Hadson-Odoi, 54; Luk MakKormik, 63, 71,74, Çarli Braun, 80 

Qırmızı vərəqə: İbrahim Qədirzadə, 49

Çelsi: 1. Ceymi Kamminq, 2. Rece Ceyms, 3. Yosep Kolli, 4. Trevoh Çaloba, 5. Koul Dasilva, 6. Etan Ampadu, 7. Dujon Sterlinq, 8. Luke Makkormik (k), 9. Martel Teylor-Krossdeyl, 10. Yakub Meddoks, 11. Kallum Hadson-Odoi.

Ehtiyat oyunçular: 13. Marçin Bulka, 12. Xuan Familio-Kastilyo, 14. Çarli Braun, 15. Corc Makikran, 16. Mark Qei, 17. Konar Qallager, 18. Coşua Qrand.

Baş məşqçi: Co Edvards. 

Qarabağ: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 48. İbrahim Qədirzadə, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 80. Yusif Həsənov.

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev.

Baş məşqçi: Rəşad Sadıqov.

Hakimlər: Robert Hennessi, Darraq Kiqan, Darren Keri (İrlandiya), Con Basbi (İngiltərə).

UEFA nümayəndəsi: Bert Andersson (İsveç).

Hakim-inspektor: Peter Cons (İngiltərə).

Surrey. "Çelsi”nin təlim-məşq bazasının stadionu.

Tarix: 12 Sentyabr [18:10]
Oxunub: 95 dəfə
Müəllif: 0

Millinin heyəti açıqlandı

Aut.az

Ərəblər “Çelsi”yə dəstək verdi - Bakida - FOTO

Aut.az

Yunis Hüseynovun köməkçiləri müəyyənləşdi - ÖZƏL

Aut.az

"Zirə" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Futbolçu həbs olundu - Azərbaycanda

Aut.az

"Qaradağ Lökbatan" MOİK-ə, "Şüvəlan" "Turan Tovuz"a qalib gəldi

Aut.az

Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

Aut.az

"Neftçi"dən 18 qol

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir

Aut.az

"Təzyiq altında "Çelsi" olmalıdır" - Dino Ndlovu

Aut.az