Avropa Gimnastika İttifaqının prezidenti azərbaycanlı ola bilər

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
İdman funksioneri bu postda iki namizəddən biridir. Hazırda UEG-nin vitse-prezidenti olan F.Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolardır. O, həm də Sloveniya Gimnastika Federasiyasının baş katibidir.
UEG prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 1 sentyabr 2017-ci il olub. Təşkilatın İcraiyyə Komitəsi artıq yekun siyahını təsdiqləyib. 2009-cu ildən quruma rəhbərlik edən fransalı Jorj Gelzek öz istəyi ilə postunu tərk etməyə qərar verib.
Qeyd edək ki, səsvermə dekabrın 2-də, UEG-in Xorvatiyanın Split şəhərində keçiriləcək 27-ci Konqresində baş tutacaq. Quruma üzv olan 50 federasiya səs hüququna malikdirlər.
Tarix: 12 Sentyabr [20:20]
Oxunub: 67 dəfə
Müəllif: Aut.az

“Real Madrid” xəzinənin ağzını açdı - SÜRPRİZ TRANSFER

Aut.az

Murad Əzizli çempion olub, 2-ci dərəcəni aldı

Aut.az

AIBA prezidenti istefa verdi

Aut.az

İdmançımız tamblinq yarışlarının qalibi oldu

Aut.az

Azərbaycan gimnastı dünya çempionu oldu - VİDEO

Aut.az

Naim Süleymanoğlu vəfat etdi

Aut.az

Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı

Aut.az

Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan

Aut.az

Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JEST

Aut.az

Məşhur tennisçi erməniyə ərə getdi

Aut.az