"Dünyanın ən seksual qadınları" siyahısında yer alan FUTBOLÇU

"İdmanın zərif cazibəsi" rubrikasının bugünkü buraxılışında amerikalı futbolçu, ABŞ millisinin hücumçusu Aleks Morgan haqda bəhs edəcəyik.
 
Aleksandra Patrisiya (Aleks) Morgan 2 iyul 1989-cu il tarixində Kaliforniya ştanının (ABŞ) Daymond-Bar vilayətində dünyaya gəlib. 
 
Aleks Pamela və Mayk Morgan cütlüyünün 3-cü - sonuncu övladıdır.  Onun Ceni və Ceri adlı iki bacısı da var. 
 
Morganın uşaqlığı Los-Anceles yaxınlığında, Daymond Barda keçib. 
 
 
Aleks hələ uşaq ikən bir sıra idman növləri ilə məşğul olub - beysbol, basketbol və futbol. Lakin 14 yaşında yekun qərarı futbol olub. Həmin illər "Saypress Elit" komandasında çıxış edib. 
 
Morgan oxuduğu məktəbin komandasında da oynayıb. ABŞ-ın futbol məşqçiləri assosasiyasının seçiminə görə Aleks 3 dəfə ştatın simvolik yığmasına düşüb. 
 
17 yaşında Morgan ABŞ-ın 20 yaşlı futbolçulardan ibarət millisinə dəvət alıb. Lakin oğlanlardan ibarət milliyə qarşı yoldaşlıq matçında zədələnir və 2008-ci ilə qədər yaşıl meydanlardan uzaq qalır.
 
Ali təhsili olan Morgan 2007-ci ildən 2010-cu ilə qədər Berklidə Kaliforniya Universitetində "Siyasi iqtisadiyyət" üzrə təhsil alıb. Həmin illərdə o, universitetin "Kaliforniya Qolden Berz" komandasında çıxış edib. 
 
4 il Aleks komandanın lideri olub və ən sərrast futbolçu seçilib. Yekunda o, universitetlər arası seçimdə ən yaxşı futbolçu adını qazanıb.
 
Karyerası ərzində "Vest Kost" (2008-2009), "Kaliforniya Storm" (2010), "Pali Blyuz" (2010), Vestern Nyu-York Fleş" (2011), "Sietl Saunders Uimen" (2012), "Portlnd Torns" (2013-2016) kimi klublarda çıxış edən futbolçu 2016-cı ildən "Olimpik Lion"un şərəfini qoruyub. Hazırda isə "Orlando Prayd"ın uğurları üçün tər tökür.
 
Şəxsi həyatına gəlincə, Aleks 2013-cü ilin dekabrında "Xyuston Dinamo"nun futbolçusu Servando Karrasko ilə nişanlanıb. 2014-cü ilin 31 dekabrında isə cütlük münasibətini rəsmiləşdirib. 
 
Morgan bir sıra reklam şirkətləri ilə də əməkdaşlıq edir. O, Nike, Panasonic, Coca Cola, Bank of America və Bridgestone şirkərlərlə iş birliyi var.
 














 
 
 
Röya
Sport7.az
Tarix: 12 Sentyabr [19:00]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

Neymar gecəni bu gözəllə keçirib - FOTOLAR

Aut.az

Nazirlik tutulan futbolçunun şəklini yaydı - FOTOLAR

Aut.az

"İnstagram"da fenomen olan seksual fitnes model - FOTOLAR

Aut.az

Toşiçin arvadı Türkiyədə konsert verəcək - FOTOLAR

Aut.az

Sinəsinə “Beşiktaş” yazdırdı - FOTO

Aut.az

"Dünyanın ən seksual qadınları" siyahısında yer alan FUTBOLÇU

Aut.az

Bu gözəl bu gün "Qarabağ"ın məğlubiyyətinə dua edir - FOTOLAR

Aut.az

Nəfəs kəsən cazibə - FOTOLAR

Aut.az

Fanatları "Fənərbaxça"nın yeni transferini lağa qoydu - FOTOLAR

Aut.az

Futbolçunun arvadına şanta: çılpaq şəkillərini yayarıq - FOTOLAR

Aut.az