FİFA-ya müraciət etdi

Peru Futbol Federasiyası (PFF) FİFA-ya müraciət edib.
 
Federasiya DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə gələn ay baş tutacaq Argentina - Peru oyununun Bueynos-Ayresdəki “Bombonera” stadionunda yox, başqa arenada keçirilməsini tələb edib. PFF-dən dünyanın ali futbol qurumuna göndərilən məktubda bu stadionda perulu azarkeşlərin təhlükəsizliyini təmin etməyin çox çətin olacağı qeyd edilib.
 
“Bombonera” stadionunda Argentinanın köklü klublarından “Boka Xuniors” ev oyunlarını keçirir. Bir müddət öncə bu arenada baş tutan “Boka Xuniors” - “River Pleyt” matçında yerli fanatlar qonaq azarkeşlərə hücum etmiş, oyun yarımçıq dayandırılmışdı. Peru tərəfi məhz bu amili nəzərə alaraq, dünya çempionatına vəsiqə baxımından mühüm əhəmiyyət kəsb edən matçın bu stadionda keçirilməsinin əleyhinədi.
 
Xatırladaq ki, hazırda Peru millisi 24 xalla 4-cü sırada qərarlaşıb. Eyni xala malik Argentina millisi isə yalnız vurulan topların sayında geri qalır. DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə reqlamentinə əsasən, turnir cədvəlində ilk 4 pillənin sahibi mundiala birbaşa vəsiqə qazanacaq. 5-ci pilləni tutan yığma isə pley-off qarşılaşmasına çıxacaq.
Argentina - Peru matçı oktyabrın 5-də keçiriləcək.
 

 

 
Tarix: 12 Sentyabr [16:15]
Oxunub: 89 dəfə
Müəllif: Aut.az

Azərbaycan klubuna keçdiyi üçün millidən kənar qaldı

Aut.az

Derbinin hakimi bilindi

Aut.az

"Real"la "Barselona"nın da adı "danışılmış oyunlar"da

Aut.az

Avropa Liqası: 1/8 finala daha 15 vəsiqənin sahibi müəyyənləşir - BU GÜN

Aut.az

Türkiyədə "şike" qalmaqalı - "WhatsApp" yazışması üzə çıxdı

Aut.az

“Neftçi”dən “Şaxtyor”a

Aut.az

"Ona bir daha formanın üzünü göstərməmək lazımdı" - "Beşiktaş"ın məğlubiyyəti SOSİAL ŞƏBƏKƏDƏ

Aut.az

Ölkə əhalisinin 20 faizi Rusiyaya gedəcək

Aut.az

Rusiya "DÇ-2018"ə görə "qanuni oğru"ları deportasiya edir

Aut.az

Baş məşqçi təyin edildi, 6 saat sonra qovuldu

Aut.az