Azarkeşlər futbolçuları soyunmağa məcbur etdilər - VİDEO

Ukrayna çempionatında mübarizə aparan Lvov şəhərinin “Karpat” futbol komandasının öz meydanında “Veres” komandasına böyük hesablı məğlubiyyətini azarkeşlər qəzəblə qarşılayıb.
“Karpat” 8 turdan sonra 12 komanda arasında 6 xalla 10-cu pillədə qərarlaşıb.
“Dinamo” komandasına 0:5 hesablı məğlubiyyətdən sonra azarkeşlər çempionata yeni vəsiqə əldə etmiş “Veres”lə oyuna yaxşı şans kimi baxıb. Gözlənilənin əksinə, oyuna yaxşı başlayan qonaqlar elə ilk hissədə 0:2 hesablı üstünlüyə nail olublar. İkinci hissədə daha 4 top buraxan meydan sahiblərinin evində 1:6 hesablı ağır məğlubiyyətini həzm edə bilməyən “Karpat” azarkeşləri futbolçulara etirazını özünəməxsus formada bildirib. Azarkeşlər futbolçulardan köynəklərini soyunmalarını tələb ediblər. Onlar bu addımı komandanın heyətinin həmin formanı daşımağa layiq olmaması ilə izah ediblər.
Oyundan sonra “Karpat” oyunçularından heç biri müsahibə verməyə razı olmasa da, yarımmüdafiəçi Oleq Qolodyuk azarkeşlərin tamamilə haqlı olduğunu və futbolçuların evlərinə getməyə belə utandıqlarını bildirib.
Qeyd edək ki, əvvəllər Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, hətta Avropa Liqasının qrup mərhələsində belə çıxış etmək imkanı əldə etmiş “Karpat” klubu hazırda yeni baş məşqçi və futbolçularla müqavilə imzalamasına baxmayaraq, çempionatda qalmaq uğrunda mübarizə aparır.

Tarix: 12 Sentyabr [14:30]
Oxunub: 40 dəfə
Müəllif: Aut.az

"Qarabağ" - "Sumqayıt" 4:1 - VİDEO

Aut.az

Dəniz Yılmaz dubl etdi, "Bursaspor" mərhələ adladı - VİDEO

Aut.az

"Qarabağ"ın tarixi uğuru "Türk Haber" kanalinın efirində - VİDEO

Aut.az

İt meydanda "şou" göstərdi - VİDEO

Aut.az

Əhd etdi, meydanı dizi üstə yeriyərək keçdi - VİDEO

Aut.az

V Asiya Oyunlarının açılışı olub - VİDEO

Aut.az

Məşqçi xanım hakimin üstünə qışqırdı, sonra isə qucaqladı - VİDEO

Aut.az

Çempionlar Liqası: Həftənin ən yaxşı qolu məlum oldu - VİDEO

Aut.az

"Fair Play" pozuldu, qol sayıldı - VİDEO

Aut.az

"Qarabağ"ın qələbəsi - VİDEO

Aut.az