17 milyonluq “Qarabağ” və 614 milyonluq “Çelsi”

Bugün mümkünsüzlərin komandası, Çempionlar Liqasının autsayderi, bizim üçün isə yeganə favoriti “Qarabağ” futbol klubu İngiltərənin paytaxtı Londonda, əzəmətli “Stamford Bridge” stadionunda qrup mərhələsindəki ilk oyununa çıxır.
Rəqib son İngiltərə çempionu, 1 dəfə Çempionlar Liqası, 6 dəfə Liqa, 7 dəfə FA Kuboku, 1 dəfə Avropa Kuboku və bir dəfə UEFA Super Kubokunun qalibi olan əzəmətli “Çelsi” klubudur.
Təbii ki, azarkeşlər olaraq biz “Qarabağ”dan yalnız və yalnız qələbə gözləyirik, amma bunun çox çətin olduğunu da hər birimiz başa düşürük. Məsələ burasındadır ki, futbolda mümkünsüz bir şey yoxdur, əgər uşaqlar həmişəki kimi inamla, əzmlə çıxıb mübarizə aparsalar, onda alınacaq qələbə və ya bərabərliyə möcüzə yox, əzm deyəcəyik.
Nəzərə alsaq ki, “Çelsi” klubunun ümumi market dəyəri 614 milyon dollar, “Qarabağ” futbol klubunun ümumi market dəyəri isə 17 milyondur, o zaman bizim bu yazdıqlarımız sizə qəribə gələ bilər, lakin yaddan çıxarmaq lazım deyil ki, “Kopenhagen”, “İnter”, “Anderlext”, PAOK və s. klubların da market dəyəri “Qarabağ”dan dəfələrlə çox idi. Yəni hər şey inamlı mübarizə və əzmkar oyunla həll olunur.
“Qarabağ” futbol klubu 30-40 il öncə “İmarət” stadionunda “Xəzər Sumqayıt”, “Energetik Əli-Bayramlı”, “Toxucu Bakı” və s. klublar ilə mübarizə aparırdı. Əgər klubumuz o nöqtədən buralara gəlib çıxıbsa, deməli, bunu bütün komandalarımız bacarar. Gəlin inanaq ki, bir gün biz də Çempionlar Liqasının yarımfinal mərhələsində öz komandalarımızın bir-biri ilə düşməməsi üçün dua edəcəyik.
Uğurlar, xalqının qüruru, düşməninin qorxulu yuxusu “Qarabağ”. Oynayın, bu gün belə sizləri “Stamford Bridge”də tək buraxmayacaq “İmarət”iniz üçün, azarkeşiniz üçün, xalqınız üçün oynayın. Mübarizə aparın, o formanı tərlədin, amma unutmayın, nəticə nə olur olsun, sizlər qəlbimizdə hər zaman qalib və çempionsunuz.
Tarix: 12 Sentyabr [14:15]
Oxunub: 136 dəfə
Müəllif: Aut.az

Özümü burada çox yaxşı hiss edirəm - Emin Mahmudov

Aut.az

Millimiz İranla yoldaşlıq oyunları keçirəcək

Aut.az

Rəşad Sadıqov püşkü dəyərləndirdi

Aut.az

"Olimpiya"nın prezidenti: "Bu, son 10 ildə ən çətin oyunumuz olacaq"

Aut.az

“Neftçi”nin 2 rəqibi məlum oldu

Aut.az

"Qarabağ" "Olimpiya" səddini keçsə, hansı komandaya rəqib olacaq?

Aut.az

Kamran Quliyev: "Neftçi" bu mərhələni keçməlidir"

Aut.az

"Qarabağ"ın rəqibini yaxından tanıyaq - DOSYE

Aut.az

“Qarabağ”ın ÇL-də ilk matçının başlama saatı açıqlandı

Aut.az

"Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov

Aut.az