Ramin Musayevin ifşası

Tərlan Əhmədovun "Neftçi"yə gəlişi haqda məlumat bir müddətdir ki, müzakirə edilirdi, bu gün isə rəsmiləşdi. Klub saytının müvafiq xəbərində baş məşqinin cümə günü  mətbuat konfransının keçiriləcəyi də qeyd olunmuşdu. Ancaq Əhmədov bu gün verdiyi müsahibədə, demək olar ki, hər şeyi açıb, qoyub ortaya. Mətbuat konfransı üçün həm heç nə saxlamayıb, həm də yeni mövzular/suallarçün zəmin yaradıb.

Belə ki, ilk sual və cavabına diqqət:

- "Neftçi"yə baş məşqçi təyinatınız necə baş verdi? Nə vaxtdan danışıqlar aparırdınız?
- Açığı, Peşəkar Futbol Liasının prezidenti Ramin Musayev sağ olsun ki, bu məsələdə ən böyük təklifi o etdi.  Bir nüçə gün bundan əvvəl də rəhbərlik səviyyəsində görüşümüz baş tutdu. Məsləhət görüldü ki, artıq sentyabrın 11-dən komandanı təhvil alım (Mənbə: "sportnet". Müsahibədə bu hissə sonradan silinsə də...).

Əhmədov, sən neylədin? Ramin Musayevin "Neftçi"ni ələ almaq siyasətinin bütün gizlinlərini açıb, tökdün ortaya!

Axı nə müddətdir bu proses çox məxfi və labirintal formada aparılır...

Sənin açıq sözlü biri olduğunu bilirdik, daha bu qədər yox ki...

"Neftçi"nin prezidenti, vitse-prezidenti, müşahidə Şurası və onun sədri, üzvləri var. Ramin Musayev kimdir ki...

Əhmədov, Musayevin kadrı olduğunu kulisdəkilər bilir və deyirdi, ancaq bu müsahibənlə kulisdə heç nə saxlamadın. Bu nə idi belə...

***              ***               ***

Müsahibəboyu Tərlan Əhmədov başqa bir neçə məqamda da kuryoz situasiyaya uğrayır. Məsələn, Rəşad Sadiqovu özünün gətirdiyini, ancaq Emin Mahmudovun gətirilməsində rolunun olmadığını yarı birbaşa, yarı yarımçıq büruzə verir.

Bir sözlə, "Neftçi"ni ələ almaq uğrunda pərdəarxası savaşın getdiyindən sizə bəhs elədiyimiz məqamlar bir-bir özü aşkara çıxmaqdadır.

Artıq AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun klanı, AFFA baş katibi Elxan Məmmədovun kurasiyasından üzülməkdə olan "Neftçi"yə indi iki əsas qüvvə sahiblənmək niyyətindədir.

1. Keçmiş prezident Sadıq Sadıqov - Tahir Süleymanovu (keçmiş vitse-prezident) klub rəhbərliyinə gətirtməklə
2. Keçmiş vitse-prezident Ramin Musayev - özü, yaxud ən sadiq kadrını ora təyin etdirməklə

Başqa qüvvələrin də SOCARdaxili çəkişmələrdə gizli planları var. Ancaq baş rollarda olanlar bunlardır. 

Maraqlıdırsa, subyektiv mövqeyimizi bildirək. Bu tərəflərin heç biri hazırkı idarəçilərdən ciddi fiqurlar deyil. 

Təxmin elədiyimiz və sizinçün qeyd etdiyimiz kimi davam etməkdədir.

Musayev də, Sadıqov da "Neftçi"ni çox arzulayır. İkisinin də buna şansı var. Sadıqov Rövnəq Abdullayevə yaxınlığı ilə.

Musayev də Abdullayevin rəhmətə getmiş qardaşı Abbas Abdullayevin ona vəsiyyətidir. Musayevin futbolda vəzifədə "toxunulmazlığı" da bundan qaynaqlanır.

Bax, belə bir mənzərəsi olan Azərbaycan futbolunda Əhmədovun son müsahibəsi xeyli mövzuya qapı açdı.

Sadıqov Cüdo federasiyasında vitse-prezidentdir, "Neftçi"dən çıxdaş ediləndən sonra Abdullayev onu himayəsinə aldı. O, bir növ, qovulduğu "Neftçi"yə qayıdıb, onu o vəziyyətə gətirənlərə sübut eləmək istəyir ki...

Musayev isə... PFL-in büdcəsinin üç dəfəyədək azaldılmasından sonra qurumun olması onunçün o qədər də vacib deyil (Onsuz PFL Musayev üçün yaradılan qurum idi. O getsə, qurum da böyük ehtimal ki, ləğv olunacaq - red.). "Neftçi"də kurasiyanı  ələ alıb, PFL-i zəiflədən Elxan Məmmədova məhz buradan zərbə endirmək/qisas almaq planı var.

Qarşıda çox maraqlı olacaq...
Futbolpress.az
Tarix: 12 Sentyabr [14:00]
Oxunub: 214 dəfə
Müəllif: Aut.az

Millinin heyəti açıqlandı

Aut.az

Ərəblər “Çelsi”yə dəstək verdi - Bakida - FOTO

Aut.az

Yunis Hüseynovun köməkçiləri müəyyənləşdi - ÖZƏL

Aut.az

"Zirə" - "Qarabağ" matçının saatı açıqlandı

Aut.az

Futbolçu həbs olundu - Azərbaycanda

Aut.az

"Qaradağ Lökbatan" MOİK-ə, "Şüvəlan" "Turan Tovuz"a qalib gəldi

Aut.az

Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

Aut.az

"Neftçi"dən 18 qol

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir

Aut.az

"Təzyiq altında "Çelsi" olmalıdır" - Dino Ndlovu

Aut.az