Onlar "Qarabağ"a inanırlar - SORĞU

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ" klubu bu gün I tur çərçivəsində "Çelsi" ilə qarşılaşacaq. Sport7.az bununla əlaqədar olaraq, ictimaiyyət arasında sorğu keçirib.

Maraqlıdır, görəsən ölkəmizin tanınmış idman, incəsənət, ədəbiyyat adamları Londonda keçiriləcək oyunda Ağdam klubundan hansı nəticəni gözləyirlər?
 
Xəyalə Əzizzadə (FİFA referisi): "Qarabağ doğma komandamdı və çox sevindirici haldır ki, bura qədər irəliləyib. İlk oyundan xal görürməyimizi istərdim. İnanıram buna nail olaraq bizləri sevindiricəklər. Hər şey ola bilər. Futbolun yazılmamış qanunları var və o qanunlar da bizə xeyir olar, xal götürərik. Fikrimcə, "Qarabağ" qrupda ən azı 4 xal qazanacaq".
 
Nicat Həşimzadə (Gənc yazar): "Çempionlar Liqasının qrup mərhələsinə düşməyimiz bizim üçün tarixi qələbədir. Lakin məlum məsələdir ki, Çempionlar Liqasının qrup mərhələsinə düşən komandalar çox güclü, nüfuzlu klublardır. "Qarabağ" çox çətin qrupa düşüb. İstər "Çelsi", istərsə də, "Atletiko" indi yaxşı formadadılar. Nisbətən "Roma" zəifdir. Ancaq unutmaq olmaz ki, "Roma" çox təcrübəli klubdur. Mənə elə gəlir ki, "Qarabağ" qrupu sonuncu yerdə başa vuracaq. İstənilən halda bu turnirdə oynamaq bizim üçün böyük uğurdur. Hakim faktorunu da nəzərə almaq lazımdır. "İnter"lə oyunda hakimin etdiyi səhv bizə baha başa gəldi. Açığını desəm qarşıdakı oyunlarda da ciddi hakim səhvləri gözləyirəm".
 
Şölə Səfərəliyeva (Müğənni): "Futbola heç vaxt marağım olmayıb, amma patriot olduğum üçün "Qarabağ"ı hər zaman dəstəkləyirəm. Düzdür, oyundan da bir anlayışım yoxdur, amma bildiyim qədər bu, bizim futbol tariximizdə ilk belə iri həcmli uğurdur və son oyundan sonra millimizin adını artıq bir çox xarici ölkələrdə tanıdılar. Bu vaxta kimi heç bir futbol yığmamız Avropaya ayaq aça bilməmişdi, "Qarabağ" tarix yazdı. İnşallah, yenə qələbə qazanarıq. Heç qələbə olmasa da, tarix yazmış bir komanda artıq qalibdir. Baş məşqçi Qurban Qurbanova (ümidvaram adını düz xatırladım) və yetirmələrinə uğurlar. Komandanın heyətindən elə də xəbərim yoxdur, amma "Qarabağ" adını daşıyan komandada milli yerli oyunçularımızın çoxluq təşkil etməsini arzulayıram".
 
 
Zeynal Zeynalov (FİFA referisi): "Çox istərdim "Qarabağ" qalib gəlsin. Amma reallığa baxsaq oyunçuların həm fiziki-texniki, həm də dəyər baxımından səviyyə fərqi var, ona görə şansın az olduğunu düşünürəm. 1 və ya 2 qol vura bilərik. 4-cü yerə çıxsaq yaxşıdı (gülür)... Qrupa düşmək olmaza bərabər bir şeydi. Onu bacarıblarsa, halaldı onlara".
 
Sevinc Məmmədova ("Qarabağ" azarkeşi): "Qrupdakı bütün rəqiblər həm oyunçularının keyfiyətinə, həm büdcəsinə, həm çıxış etdiyi çempionata görə bizdən qat-qat üstündür. Amma "Çelsi" digər iki rəqibə nisbətən daha təhlükəli və güclü rəqibdi. Azarkeş hisslərini kənara qoyub məsələyə real baxsaq, "Çelsi"dən xal almaq mümkünsüz görünür. Amma asan təslim olmayacağımıza əminəm. İki mövsüm əvvəl Londonda "Totenhem"lə qarşılaşmışdıq. Hətta hesabı da "Qarabağ" açdı. Təəssüf ki, uduzduq. Düşünürəm ki, səfərdən xalla qayıtmaq inandırıcı deyil. Fikrimcə, "Qarabağ" həmişəki kimi inamlı mübarizə aparacaq. Bu vaxta qədər 3 dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmışıq. Hər üçündə qrupdan çıxmaq şansımız son tura qədər qalıb. "Qarabağ" evdə yaxşı oynayır. Düşünürəm ki, bu qrupda bir tək "Çelsi" qarşısında şansımız yoxdur. "Roma" və "Atletiko"dan xal ala bilərik. Qrupu minimum 4 xalla bitirəcəyimizə şübhəm yoxdur. Amma bu xal daha çox ola bilər. Yəni digərlərindən yuxarıda sadaladığım amillərə görə zəif olsaq da, biz bu qrupa kimsə asanlıqla 3 xal alsın deyə düşməmişik. İnanıram ki, "Qarabağ" azarkeşlərin dəstəyi ilə nəyə qadir olduğunu sübut edəcək".
 
Qan Turalı (Yazar): "Mən ev oyunlarının hesabına "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Buna şansımız var".
 
Anar Bəylər (Müğənni): "Çelsi" güclü komandadır. Bir çox insan daha böyük hesab gözləyə bilər, ancaq mən düşünürəm ki, Çempionlar Liqasının qrup mərhələsində olmağımız təsadüf deyil. Nizamlı oyuna hakim ola biləcək komandamız. Böyük ehtimal klubumuz qrupda 4-cü olacaq. Bu da ona görə ki, rəqiblər güclüdür".
 
Sabir Məmmədov (Aktyor): "Çelsi" ilə oyun heç-heçə olacaq. Mən "Qarabağ"a inanıram. Ancaq qrupda neçənçi olacağı ilə bağlı proqnoz vermək çətindi. "Qarabağ" burada yenidi. Komandaların oyunu çox fərqlidi. "Qarabağ" adaptasiya olmalıdı. Bu həm də təcrübədi. İnanıram ki, "Qarabağ"la" fəxr edəcəyik .
Tarix: 12 Sentyabr [13:15]
Oxunub: 225 dəfə
Müəllif: Aut.az

Özümü burada çox yaxşı hiss edirəm - Emin Mahmudov

Aut.az

Millimiz İranla yoldaşlıq oyunları keçirəcək

Aut.az

Rəşad Sadıqov püşkü dəyərləndirdi

Aut.az

"Olimpiya"nın prezidenti: "Bu, son 10 ildə ən çətin oyunumuz olacaq"

Aut.az

“Neftçi”nin 2 rəqibi məlum oldu

Aut.az

"Qarabağ" "Olimpiya" səddini keçsə, hansı komandaya rəqib olacaq?

Aut.az

Kamran Quliyev: "Neftçi" bu mərhələni keçməlidir"

Aut.az

"Qarabağ"ın rəqibini yaxından tanıyaq - DOSYE

Aut.az

“Qarabağ”ın ÇL-də ilk matçının başlama saatı açıqlandı

Aut.az

"Bizə ən çətin və gözlənilməz rəqib düşdü” - Qurban Qurbanov

Aut.az