Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

"Neftçi"nin qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqanın 4-cü turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra brifinq keçirib.
 
- Oyunu necə dəyərləndirərdiniz?
- Birinci hissəyə yaxşı başlamadıq, ikinci yarıda uşaqlar özlərini toparladı. Bir sözlə, bəxtimiz gətirmədi.
 
- İkinci hissədə komanda nəyin hesabına yaxşı oyun göstərdi?
- Məğlub olurduq. Komandada hər bir oyunçu peşəkardır və istəyirdi ki, önə atılsın. Baş məşqçinin də ikinci hissədəki əvəzləmələri öz bəhrəsini verdi, komanda daha da irəli atılırdı. Ancaq qol vura bilmədik.
 
- Tərlan Əhmədovun komandaya gəlməsi üzərinizdə hər hansı bir basqı yaratmır?
- Xeyr. Heç bir basqı yaratmır. Tərlan Əhmədov gəlirsə, xoş gəlir. Bir futbolçu kimi onunla da, Elşad Əhmədovla da, Elxan Abdullayevlə də işləmək mənim üçün xoşdur.
 
- Yeni baş məşqçinin gəlişi barədə sizə məlumat verilmişdi?
- Xeyr. Dəqiq bir məlumat verməmişdilər. Mətbuatda görmüşdüm.
 
- Bu oyundan sonra Elşad Əhmədov "Bu axırıncı oyunumuzdur" deyə sizinlə sağollaşdı?
- Xeyr. Elə bir şey olmadı. Sabah da məşqimiz var.
 
- Emin Mahmudovun komandanıza gəlməyi barədə nə deyə bilərsən?
- Onu indi sizdən eşidirəm.
 
- Gələn baş məşqçi neynəməlidir ki, "Neftçi" oyansın? Komandanı bu durumdan kim və necə çıxara bilər? Təcrübəli futbolçu kimi bu haqda nə düşünürsən?
- Hər bir baş məşqçinin öz oyun üslubu var. Elə məşqçi var ki, gəlir və heç nə edə bilmir. Sonda da komandanı atıb gedir. Böyüklərdən də çox şey asılıdır. Komandanın üzərini necə deyərlər, "qara bulud" alıb. Mən "Neftçi"yə gələndən, futbolçu kimi özümü xoşbəxt saya bilmirəm. Nə qədər uduzmaq olar? Nə qədər belə bəsit oynamaq olar? Çox acınacaqlı vəziyyətlərə düşmüşük. Hər oyuna yeni ümidlə çıxırıq...
 
- Peşmançılıq var?
- Xeyr, heç bir peşmançılıq yoxdur. "Neftçi" elə bir komanda deyil ki, peşman olasan. Futbolda belə hallar olur. Yaxşı və təcrübəli futbolçu belə vəziyyətdən çıxa bilər. Əlimizdən gələni edib bu vəziyyətdən çıxmalıyıq. Başqa yol yoxdur.
 
- Düşünürsənmi ki, təcrübəli oyunçu kimi hər bir futbolçu ilə bu barədə söhbət etməlisiniz?
- Hər biri ilə təkbətək söhbət etmişik. "Neftçi"də elə bir mühit yaranıb ki, oyuna çıxdıqda qalib gəlmək barədə psixoloji hazırlıq yoxdur. Oyunlar olub ki, özümüz toplaşaraq söhbətləşmişik. Bundan artıq nə edə bilərik? Bir nəfərin üzərinə düşməklə olmur. Pis oynayanda bütün komanda pis oynayır, yaxşı oynayanda da bəxtimiz gətirmir.
 
- Söhbət etdiyiniz an legionerlərin üz ifadələrinə baxanda nə hiss edirsən?
- O da legionerdir, oynamaq istəyir. Onlarla da təkbətək söhbət etmişəm. Bu durumun onlara da xoş olmadığını bildirirlər. Onlar da bunu dərk edir ki, hazırki vəziyyət çox pisdir.
 
Mənbə: report.az
Tarix: 11 Sentyabr [11:50]
Oxunub: 195 dəfə
Müəllif: Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az

Üzümü onlara tutub demək istəyirəm ki, mənə zəng etməsinlər - Müsahibə

Aut.az

“Qarabağ” Ukraynada “üçlüy”ə düşə bilər” - Anton Kanibolotski

Aut.az

Hüseyn Məhəmmədov: "Elnur Mübarizlə birləşdi və məni kənarlaşdırdılar"

Aut.az

“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl

AUT.AZ

Qurban Qurbanov: "Şerif"i keçsək, qrup mərhələsi haqda düşünə bilərik" MÜSAHİBƏ

Aut.az