“10 günə hamısını qovacam” - Məmmədov

Qılıncoynatma Federasiyasında yaşanan çaxnaşmadan xəbərdarsız. Qurumda aşkar parçalanma hökm sürür. AQF prezidenti Nazim İbrahimovun tez-bazar təşkil etdiyi hesabat-seçki konfransına çağırılmayan vitse-prezident Yaşar Məmmədovun vəzifəsindən uzaqlaşdırıldığını, iş otağına buraxılmadığını bilirsiz. Təcrübəli mütəxəssis qəzetimizə verdiyi açıqlamada yenidən AQF-nin başqanı seçilən İbrahimovu və onun əlaltılarını “çaqqal” adlandırmaqdan çəkinməmişdi. Yaşar bəy həm də oğlu İlqar Məmmədovun ölkəmizə gələcəyini, prezident İlham Əliyev və ya vitse-prezident Mehriban Əliyevayla görüşməyə cəhd edəcəyini diqqətimizə çatdırmışdı. 

Ancaq Rusiya yığmasının baş məşqçisi kimi fəaliyyət göstərən ikiqat olimpiya çempionunun ölkə başçısı və xanımıyla görüşü baş tutmayıb. Bununla belə, ata Məmmədov ruhdan düşmür: “Yox, oğlum Bakıda olduğu müddətdə heç kimlə görüşmədi. İlqar hazırda Rusiya yığmasıyla Yunanıstanda təlim-məşq toplanışındadı. Bu gün eşitmişəm ki, Oqtay Şahverdiyevi baş məşqçi təyin ediblər. Onun yetişdirib üzə çıxardığı bir tələbəsi belə yoxdu. Heç kim də onunla danışmır. Yaxın günlərdə federasiya onu komandaya təqdim edəcək. Dedim elə Allah vurmuşdu. 10 günə hamısını qovacam. Bunu necə edəcəm? Özünüz görəcəksiz. Sadəcə, bir qədər səbirli olun. Bu problemin həllinə çox qalmayıb. 27 aydı maaş verilmir. Bu da 2 il 3 ay edir. Heç hesabat-seçki konfransından sonra da pul verilməyib. Bir neçə idmançımız burda pul ala bilmədiyi üçün ölkə xaricinə yollanıb. Ancaq onlar yenə də yığmamızda çıxış edir”.(futbol+)
Tarix: 1 Sentyabr [12:30]
Oxunub: 220 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az