"Qarabağ" hər yeni tarix yazanda... - ŞEİR

"Qarabağ" hər yeni tarix yazanda

Atlar şahə qalxar, şimşəklər çaxar,
Alovu ətrafı yandırıb yaxar,
Düşmən gözlərindən qanlı yaş axar,
"Qarabağ" hər yeni tarix yazanda...
 
Ağacı talanmış, qapqara bağdı,
Qatil əllərindən bir ümid sağdı,
Bizə təsəllidi, onlara dağdı,
"Qarabağ" hər yeni tarix yazanda...
 
Belə meydanlarda qıratlar oynar,
Vulkan tək püskürüb, içindən qaynar,
Əlçatmaz xülyalar keçmişdə qalar,
"Qarabağ" hər yeni tarix yazanda...
 
Dərdimiz olsa da, sevincimiz var,
Dünyada görünən bir incimiz var,
Böyük arzulara yollar yaranar,
"Qarabağ" hər yeni tarix yazanda...
 
Dünən xəyallarla uçurduq yaman,
Çevrilir gerçəyə, bax, zaman-zaman,
Beləcə yox olur, çəkilir duman,
"Qarabağ" hər yeni tarix yazanda...
 
Müəllif: Səbuhi NƏRİMANOĞLU
Tarix: 23 Avqust [18:40]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

Haıcyev "Neftçi"də

Aut.az

Şahin Diniyev istefa verdi

Aut.az

"Səbail" və "Zirə" dən qələbə

Aut.az

“Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

Aut.az

"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacaq

Aut.az

Elxan Məmmədov geri addım atdı: komitələr ləğv edilir

Aut.az

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı

Aut.az

Azlıqda qalmaq onları bir az da bərkidir - Qurban Qurbanov

Aut.az

Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

Aut.az

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Aut.az