“Qarabağ”a və Qurban Qurbanova inam böyükdür” - İsgəndər Cavadov

Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov müsahibəsində Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”inə qarşı keçirəcəyi cavab oyunundan danışıb.

- “Qarabağ” bu gün Azərbaycan futbolu üçün ən önəmli oyuna çıxacaq. İlk görüşdən sonra şansları necə qiymətləndirirsiniz?

- Şanslar bərabərdir. “Qarabağ” ilk oyunda çox gözəl mübarizə sərgilədi. Layiqli oyunla qələbə qazandı. Amma futbolda 1:0 hesablı qələbələr böyük üstünlük sayılmır. İki qol vursaydıq, səfərə daha rahat yollanmaq olardı. “Qarabağ”a və Qurban Qurbanova inam böyükdü. Bununla belə oyunun çətin olacağını unutmayaq. “Kopenhagen” səfərdə tamam fərqli oyun göstərəcək.


- Əksəriyyət Danimarka çempionuna evdə qalib gəlməyin çətin olduğunu düşünür. Bəlkə “Qarabağ”  da cavab oyununda fərqli oynasın...

- Bizə sərfəli nəticə lazımdı. Heç-heçə ölkə çempionunu qrup mərhələsinə çıxaracaq. Buna görə biz nəticəyə oynamalıyıq. “Qarabağ” təcrübəli heyətə və məşqçiyə sahibdi. Qurban Qurbanov son illər əldə etdiyi uğurlarla özünü sübut edib. O komandanı çətin oyunlara hazırlamağı bacarır.

- Bakıdakı matçda “Kopenhagen” sanki ehtiyatlı davranırdı. Bu fikirlə razısız?

- Onlar “Qarabağ”dan belə oyun gözləmirdilər. "Qarabağ"ın müdafiəyə çəkiləcəyini düşünürdülər. Belə təzyiqə və oyuna hazır deyildilər. İlk matçda futbolçularımız çox yaxşı oynadılar. Hiss olunurdu ki, Qurban Qurbanov rəqibi yaxşı təhlil edib. Səfər matçında ilk hissədə qapımızdan qol buraxmasaq, oyuna nəzarət etmək mümkündü.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi ölkə futbolu üçün nə deməkdi?

- Çempionlar Liqasının qrup mərhələsi Azərbaycan klublarının əsas hədəfi olub. Ölkə futbolunda böyük pulların olduğu zaman bu məqsədə çatmaq mümkün görünürdü. Təəssüf ki, bəzi klublarımız işi düzgün qurmadı. İnkişaf strategiyası hazırlanmadı. Bahalı legionerlər gətirməklə qısa zamanda uğur qazanmağa çalışdılar. Bu mənada “Qarabağ” fərqlənir. Rəhbərlik gələcəyin komandasını formalaşdırmağı bacardı. Çempionlar Liqasının qrupunda oynamaq ölkə idmanının təbliğatı, futbolumuzun yeni mərhələyə çıxması demək olacaq. Bu qələbə futbolla yanaşı ümumi idmanımıza da çox lazımdır.

- “Qarabağ”ın hücum xəttində problemlərin olduğu söylənilir. Sizin fikrinizcə, Reynaldonun yeri görünür?

- Qurban Qurbanov stabil heyət formalaşdırıb. Bu gün komandanı tərk edən futbolçunun yeri görünmür. Çünki təcrübəli məşqçi öz işini bacarır. Ümumiyyətlə, Qurbanov üzərində daim çalışmağıyla seçilir. Onu son illərin ən yaxşı məşqçisi hesab edirəm. Çətin zamanda rəhbərlik ona dəstək oldu və Qurban ümidləri doğrultdu. “Qarabağ”ın uğurlarını gördüyümüz zaman digər klubların vəziyyəti qənaətbəxş deyil. Biz əvvəlki maliyyə ilə çoxdan qrup mərhələsinə adlamalıydıq. Əvəzində “Xəzər Lənkəran”, “Bakı”, “Simurq” kimi komandalar fəaliyyətini dayandırdı.

- “Kopenhagen”in oyun üslubunda xüsusilə nəyi qeyd edərdiniz...

- Müdafiədən hücuma sürətli keçidləri var. Bu, rəqiblərə problem yaradır. Ölkə çempionatında son oyunlarda qələbə qazanmağa çətinlik çəkirlər. Çünki bütün diqqətləri Çempionlar Liqasına yönəlib. “Kopenhagen” də “Qarabağ” kimi qrupda oynamaq üçün çalışır. Çempionlar Liqasının qrupunda çıxış etmək Avropa futbol ailəsinin üzvü olmaq deməkdir. Azərbaycan çempionuna uğur arzulayıram. Fikrimcə, indi hamı “Qarabağ”dan sərfəli nəticə gözləyir. Cavab görüşündə bizə baxımlı oyun deyil, nəticə lazımdır.

Mənbə: dsport.az

Tarix: 23 Avqust [15:20]
Oxunub: 85 dəfə
Müəllif: Aut.az

Haıcyev "Neftçi"də

Aut.az

Şahin Diniyev istefa verdi

Aut.az

"Səbail" və "Zirə" dən qələbə

Aut.az

“Qarabağ” sürprizə hazırlaşır - Türkiyədən xüsusi qrup gəldi

Aut.az

"Çelsi" "Qarabağ"a uduzsa, Konte saqqalını qırxacaq

Aut.az

Elxan Məmmədov geri addım atdı: komitələr ləğv edilir

Aut.az

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı

Aut.az

Azlıqda qalmaq onları bir az da bərkidir - Qurban Qurbanov

Aut.az

Samir Abasov: “Qarabağ” layiqli qələbə qazandı”

Aut.az

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Aut.az