Rusiya DİN çempionu öldürən azərbaycanlının "başına pul qoydu"

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.
 
Bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır. Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.
 
Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona "çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.
 
Dünən Sportfm.az saytının yaydığı məlumatda isə, Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənovun təslim olması barədə məlumat olub. (APA)
Tarix: 23 Avqust [13:50]
Oxunub: 95 dəfə
Müəllif: Aut.az

Naim Süleymanoğlu vəfat etdi

Aut.az

Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı

Aut.az

Olimpiya çempionumuz seçim qarşısında - Ya son, ya Türkmənistan

Aut.az

Dünya çempionundan zəlzələ qurbanlarına möhtəşəm JEST

Aut.az

Məşhur tennisçi erməniyə ərə getdi

Aut.az

Hakim oyundan sonra vəfat etdi

Aut.az

Qol.az saytı 9 yaşında!

Aut.az

Prezident Məhəmmədrəsul və Hacı ilə görüşdü - FOTOLAR

Aut.az

İlham Əliyev: "Hər bir insan həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun"

Aut.az

Prezident Olimpiya Kompleksinin açılışını etdi

Aut.az