Millət vəkili Ramilin qələbəsindən yazdı – Araşdırılsın!

İdmançılar bizdən incik vəziyyətdə yola salınsalar da, Azərbaycan bayrağını kürəklərində daşımağı unutmurlar. Yəni kimdənsə inciyə bilərlər, ancaq Vətəndən, bayraqdan incimək kimi bir cılız duyğunu özlərinə yaxın buraxmadıqlarını göstərirlər.
Bunu millət vəkili Fazil Mustafa azərbaycanlı idmançı Ramil Quliyevin yüngül atletika üzrə Londonda Türkiyə adına dünya çempionu olmasına münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, azərbaycanlı idmançıların xarici ölkələri təmsil edib, hətta uğur qazanması da olduqca sevindirici bir haldır:
“Riodakı Olimpiadada azərbaycanlı ağır atlet Nicat Rəhimovun Qazaxıstan adına çempion olmasının ardından yenə də azərbaycanlı idmançı Ramil Quliyevin yüngül atletikada Londonda Türkiyə adına dünya çempionu olmasına ürəkdən sevindik. İlk dəfədir ki, millətimizin təmsilçisi yüngül atletikada bu cür uğurlu nəticə göstərir.
Ən mühümü isə Azərbaycana olmasa da, qızıl medalı Osmanlı təbirincə desək gavura deyil, Qazaxıstan və Türkiyə kimi qardaş türk dövlətlərinə qazandırırlar. Yeri gəlmişkən deyim ki, bu uğur qazanan idmançılar olduğundan, onların hansı səbəbdən Azərbaycan bayrağı altında çıxış etməkdən uzaqlaşdırılması diqqət mərkəzinə gəlir”.
Millət vəkili hesab edir ki, idmançıların başqa dövlətlər adına çıxış etməyə məcbur qalmasının bütün detalları ciddi araşdırmalıdır:
“Kimlərdir axı bilərəkdən bu cür hazırlıqlı idmançıları ölkəmizdən uzaqlaşdıranlar? Kimsə bu əmələ görə cəza alacaqmı? Digər tərəfdən bir həqiqət təkrar olaraq təsdiqini tapdı ki, Azərbaycan övladı olimpiya çempionu da, dünya çempionu da olmağa qadirdir. O halda idmanın müxtəlif növlərində xaricdən mənasız yerə bu qədər "köçəri quşları" gətirib ciblərini pulla doldururuq, əvəzində olmazmı ki, bir il tez, bir il gec olsun, pulu da, imkanı da, enerjimizi də öz dosdoğma azərbaycanlımıza sərf edək və onların uğur qazanmasına nail olaq? Hələ sonradan üstü açılan dopinqə görə medalı əlindən alınmış idmançılara xərclədiyimiz pula, verilən hədiyyələrə heyfslənməyimizi demirəm. Bir qisminin yaxasından da yapışmaq artıq gecdir. Ona görə də, idmanın bütün növlərində strategiyamız Azərbaycanlı idmançıları çempion və ya mükafatçı kimi yetişdirmək üzərində qurulmalıdır”.
Tarix: 12 Avqust [16:50]
Oxunub: 173 dəfə
Müəllif: Aut.az

Ramil Quliyev hərbi salam verməsinin səbəbini açıqladı

Aut.az

Rusiya DİN çempionu öldürən azərbaycanlının "başına pul qoydu"

Aut.az

Pəhləvanımız məmurdan şikayətçidir

Aut.az

Dünya çempionunu öldürən azərbaycanlı Dövlət Dumasını ayağa qaldırdı

Aut.az

Hüseyn Məhəmmədov - 43

Aut.az

Yığmamız təyyarəyə gecikdi, texniki məğlubiyyət aldı

Aut.az

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq turniri keçirildi

Aut.az

Rus idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTO/VİDEO

Aut.az

Dünya çempionatı başlayır - BU GÜN

Aut.az

Millimizin sabiq üzvü dünyasını dəyişdi

Aut.az