Əzizinəm "Qarabağ"... Bir xanımın azarkeşliyi - FOTOLAR

Uzun illər uğura ac qalan Azərbaycan futbolsevərləri artıq bir neçə ildi klub səviyyəsində Avropada qazanılan uğurların sevincini yaşayır. Bu uğurlarda təbii ki, "Qarabağ"ın payı hamıdan çoxdur. 3 dəfə Avropa Liqasının qrup mərhələsinə düşən qaçqın komandamız bu il bir az da irəli getməyi bacarıb. Belə ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanmaqla bu uğura imza atan ilk Azərbaycan klubu olub.

 

Qarşıda daha vacib oyun var. "Qarabağ" Danimarkanın adlı-sanlı "Kopenhagen" klubunu keçə bilsə, özünün və Azərbaycan futbolunun tarixində daha bir ilkə imza atmış olacaq: İlk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə. Bu baş verməsə belə, Qurban Qurbanovun yetirmələri yenə qrupda çıxış edəcək. Belə ki, komanda Çempionlar Liqasının "play-off"una çıxmaqla artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

 

Uğurlar artdıqca təbii ki, kluba olan maraq, azarkeş sevgisi də artır. Bir vaxtlar Azərbaycan futbolunda "Neftçi" və "Xəzər Ləkəran" hegemonluq edirdi, onların fanatları digər bütün klubların azarkeşlərini üstələyirdi. İndi "Neftçi" tarixinin ən pis günlərini yaşayır, turnir cədvəlinin son pillələrində var-gəl edir, azarkeşlər də klubdan üz döndərib. "Xəzər Lənkəran" isə müəyyən səbəblərdən fəaliyyətini dayandırıb.

 

Heç şübhəsiz ki, bu gün "Qarabağ" ölkədə ən çox sevilən, dəstəklənən klubdur. Uğurları bir yana, daşıdığı ad hər kəsi bu kluba hörmət etməyə, dəstək verməyə sövq edir. İllərdir erməni işğalında qalan Qarabağın adını, həqiqətlərini dünyaya tanıtmaq üçün ən böyük vasitədir "Qarabağ" klubu. Sevindirici haldır ki, "Qarabağ" bu missiyanı uğurla həyata keçirir. 

 

"Qarabağ" oyunlarında azarkeş kimi iştirak edəndə məni daha çox hansı komandanın qalib olmağı yox, qol vurulanda azarkeşlərin keçirdiyi həyəcan cəlb edir. Hələ gənclərin çoxu köynəklərini də soyunub qışqırır ki, "Qarabağ bizimdir, bizim olacaq". Niyə bunları sizinlə bölüşürəm, deyəcəm. Dünən baş redaktor fotoqrafımızla məni otağına çağırıb dedi ki, "bəs "Qarabağ"ın "Fan-şop"u açılıb, gedin oradan reportaj hazırlayın". Yeri gəlmişkən, bu tapşırıqda məni ən çox  sevindirən məqam saat 11-ə kimi yatmaq imkanının yaranması oldu. 

 

 

"Qarabağ"ın fan-shop-u bir müddət əvvəl - məhz təmsil etdiyi Ağdamın işğal günündə açılmışdı. Həmin gün "Qarabağ" rəhbərliyi, məşqçiləri, futbolçuları və azarkeşləri Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra "Fan-şop"un açılışını keçirmişdi. Elə bu da cəmiyyətə bir mesaj, bir aksiya idi. Klub ümumi "Qarabağ"ın adını həmişə şərəflə təmsil etməklə yanaşı, təmsil etdiyi doğma Ağdamın işğal gününü də diqqətə gətirir və onun uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edirdi.

 

"Park Bulvar"ın ikinci mərtəbəsində yerləşən mağazada bizi komandanın azarkeşlərindən olan satıcı qarşıladı. İki gözəl qızı görüb həyəcan keçirən cavan oğlan bizə çox böyük həvəslə bələdçilik etməyə başladı. Geyimlər, aksessuarlar, hətta "Qarabağ" komandasının loqosu üzərində olan hamam dəsmalına kimi hər şey öz yerində... Amma elə bil nəsə çatışmır. Axı şoppinqi xanımlarsız necə təsəvvür edəsən? Asılan məhsullara gözə gəzdirirəm və deyəsən, yavaş-yavaş qıcıqlanıram da. Noolsun ki, "Qarabağ" kişi futbol klubudur? Noolsun ki, əslində mənim futboldan elə də başım çıxmır? Amma burda niyə ancaq hər şey kişi fanlara hesablanıb? Bəs xanım azarkeşlər? 

 

 

Küskünlüyümdən daha da həyacanlanan cavan satıcı könlümü almağa çalışır: "Bu, Azərbaycanda ilk təcrübə idi. Yəqin ki, yaxın zamanlarda artıq xanımlar üçün dizayn edilən köynəklər də olacaq". Hmm... Deyəsən, bu qardaşı "cəzalandırmaq" lazım. Dedim, yox, mənə çəkiliş aparmaq üçün mütləq xanım model lazımdır. Bax belə, özünü necə itirdisə getdi qız axtarmağa... Daha ağlına gəlmədi ki, elə iki gözəl jurnalist qız budu ha, durub qabağında...

 

O, çıxan kimi xoşuma gələn köynəklərdən birini əynimə geyinib, fotoqrafımıza "Onlar gələnə kimi elə mənim şəkillərimi, çək" dedim.

 

 

Modellik etmək yaman xoşuma gəldi. Hətta burdan rəsmi təklif göndərirəm ki, komandanın xanım siması olaraq fotosessiyalarda belə iştirak edə bilərəm. Niyə də, yox?!

 

Futboldan başım çıxmasa da, geyimlərə bələdəm. Elə seçib əynimə geyindiyim köynəyin materialı da çox xoşuma gəldi. Gündəlik həyatda geyinmək üçün çox zövqlü köynəklərdən tutmuş qalstuklara qədər hər şey tapmaq olar "Qarabağ"ın "Fan-şop"unda. Biz fotoları çəkdiyimiz vaxt, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da gəlib çıxdı. Yəqin gözləyirdi ki, reportaja oğlan jurnalistlər gələcək. Ona görə bizi görüb bir az təəccübləndi. Biz səmimi olmağa çalışsaq da, klub rəsmisi çox ciddi və rəsmi idi. Elə bil Az TV-də çıxış edir:

 

"Azərbaycanda ilk dəfədir ki, bu səviyyədə store təşkil olunub. İyun ayının 22-dən fəaliyyət göstərir. İnsanların gündəlik istifadə edəcəkləri geyim və əşyalar satışa çıxarılıb. Hər biri eksklüziv olaraq "Qarabağ offical collection" brendi ilə istehsal olunur. Hər birinin patent hüququ var. Bütün mallar da xüsusi dizaynla, yalnız "Qarabağ" komandasının fanları üçün nəzərdə tutulur. Geyimlər iki istiqamətdə təqdim edilir: Uşaqlar və böyüklər üçün. Komandamız Çempionlar Liqasında "play-off"a çıxdıqdan sonra geyimlərə 30 faiz endirim edildi. İnsanlar çox rəğbətlə qarşılayır. Bu Azərbaycanda ilk təcrübə idi və insanların xoş münasibətini gördükdən sonra düşünürük ki, mağazanı genişləndirək. Xaricdən gələn qonaqlar da bunu çox müsbət qarşıladı". 

 

Biz çəkliş apardığımız vaxt bir qrup turist də yanaşıb, həm komanda haqqında maraqlandılar, həm də elə şəxsən mənim zövqümlə özlərinə köynək də aldılar. Azərbaycanlı alıcıların da sayı yetərincə idi. Biri məni satıcı zənn edib, şərfin qiymətini soruşanda, cavab verə bilmədiyimi görüb "Xanım, yəqin işə yeni başlamısınız, narahat olmayın, tezliklə öyrəşərsiniz" dedi. 

 

 

Fotosessiya bitsə də, mən köynəyi heç çıxarmaq istəmirdim. Deyəsən, bu istəyimi hansısa gözə görünməz qüvvə Nurlan bəyin qulağına pıçıldadı. O, köynəyin birini mənə, birini də fotoqrafımıza hədiyyə etdi. İndi şəhərdə üzərində "Qarabağ" loqosu olan köynək geyinmiş gözəl qız görsəniz, bilin ki, o mənəm.  

 

Lalə Niftaliyeva 

Fotoqraf: Sultanə Əhmədbəyli

Qaynarinfo.Az

Tarix: 12 Avqust [00:01]
Oxunub: 177 dəfə
Müəllif: Aut.az

İdmanı atıb, əxlaqsız qadın oldu - FOTOLAR

Aut.az

İdman tibb bacısını bütün dünyada məşhurlaşdırdı - FOTOLAR

Aut.az

Nigar Camal və Zabit Səmədov bir yerdə - FOTO

Aut.az

Futbol dünyasının ən seksual qadınları - FOTOLAR

Aut.az

“Beşiktaş”ın prezidenti azərbaycanlı sevgilisini qovdu - FOTOLAR

Aut.az

"İnstagram"da fenomen olan seksual fitnes model - FOTOLAR

Aut.az

Futbolçu ərindən boşanan model podyuma soyunaraq döndü - FOTOLAR

Aut.az

20 yaşında milyonçu oldu - FOTOLAR

Aut,az

Futbolçudan boşandı, soyunaraq geri döndü - FOTOLAR

Aut.az

31 yaşlı uluduzun 50 yaşlı sevgilisi - FOTOLAR

Aut.az