Ramilə qaçmağı öyrədənlər...

Yaxınlarda az qala güləş üzrə Olimpiya çempionumuz Toğrul Əsgərovu da Azərbaycan idmanından itirəcəkdik. İdmançımıza edilən diqqətsizlik güləş millimizə də baha başa gələcəkdi. Problemlərdən bezən Əsgərov Türkmənistana qaçırdı. 
Eynilə Ramil Quliyev Nicat Qurbanov kimi başını götürüb gedirdi. Ramil Quliyev demişkən dünən Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazandı. Azərbaycana lazım olmayan Quliyev Türkiyə bayrağı altında qardaş ölkənin tarixinə düşdü. Təkcə Azərbaycanda və Türkiyədə deyil bütün dünyada Ramildən danışılır. Hətta dünən “Tvitter”də bir neçə saat Ramil Quliyev adı trend idi. 
Uğurunu Azərbaycan və Türkiyə bayrağını çiyninə asaraq qeyd etdi Quliyev. Üç rəngli bayrağımızı çiyninə asmaqla, “mənim arzum Azərbaycan bayrağını qaldırmaq” idi deməklə göndərdi mesajını onu qaçqın salanlara. 
Bir neçə ay öncə Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadənin açıqlamasını oxumuşdum. Ramili güclü idmançı saymamışdı, hansısa yarışda qalib gəldiyini eşitmədiyini bildirmişdi. Açıqlaması belə idi: Ramil Quliyev məşhur idmançı olduqdan sonra Azərbaycan bayrağı altında çıxış etməkdən imtina etdi. Amma Türkiyəyə köçdükdən sonra o, əvvəlki nəticələrinə yaxın nəticə belə göstərmir. Mən, məsələn, Ramilin hansısa yarışda qalib gəldiyini eşitməmişəm. Böyük pul ardınca qaçmaq hər zaman uğur gətirmir. Nazim Babayevə gəldikdə isə o, vətənpərvərdir. Mən inanıram ki, o, gələcəkdə də Azərbaycan yığması üçün çıxış edəcək”.
İndi Çingiz Hüseynzadəyə eyni sualı versək, görəsən hansı cavabı verərdi? Yəqin buna da bir bəhanə tapardı. Elə Gənclər və İdman Naziri Azad Rəhimov da Ramilin uğurunu açıq-aşkar qəbul etməzdi. Axı onun ölkədən qaçmasında GİN-in rolu danılmazdır. 
Ramilin çempionluğundan sonra bütün ölkə ondan danışırdı. 10 avqust tarixi azərbaycanlı idmançı üçün də, bizim üçün də unudulmaz olacaq. Quliyev özü üçün, Türkiyə üçün tarix yazdı, biz isə təəssüflənməkdən başqa bir şey edə bilmədik. 
Əslində 10 avqust bizi ikinci dəfə üzür. İlk dəfə yenə də ölkədən qaçması üçün hər şey edilən Nicat Rəhimov ağır atletika üzrə Olimpiya çempionu olmuşdu. Rəhimov bu uğurunu Qazaxıstan adına qazanmışdı. O da Ramil kimi Gənclər və İdman Nazirliyinin, federasiyaların yüksək “səyləri” nəticəsində başqa bayraq altında yarışmağa məcbur olmuşdu. 
Bu qədər potensiallı idmançıları qaçırdığımız vaxt legionerlərlə doldurmuşuq komandaları. Elə bizim yüngül atletika üzrə millimiz. Saysaq, bitməz afrikalıların sayı. Hayle İbrahimov qaçış yarışlarında 26-cı oldu. Digər növlərdə Anna Skidan, Aleksis Kopello da uğursuz çıxışları ilə ölkəmizə heç nə qazandıra bilmədi. Çingiz Hüseynzadənin Ramil Quliyevlə müqayisə etdiyi Nazim Babayev isə heç finala vəsiqəni təmin etməmişdi. 
Bəlkə də, indi Çingiz Hüseynzadə çıxıb deyəcək ki, Ramilə qaçmağı biz öyrətmişik, elə bu ölkədən qaçırmaqla. 
Elsevər Məmmədov  Qafqazinfo
 
Tarix: 11 Avqust [13:15]
Oxunub: 164 dəfə
Müəllif: Aut.az

Məmmədov gənc qızlara çılpaq foto göndərirdi

Aut.az

Azərbaycan çempionundan biabırçı nəticə

Aut.az

Erməni idmançılar Bakıya gəlir

Aut.az

"Futbolinfo" - 4!

Aut.az

Məmmədova qarşı ŞOK ittiham

Aut.az

Ən yaxşı balta atıcısına 5900 AZN mükafat

Aut.az

"Kəpəz"in sadiq fanatına kömək edək!

Aut.az

Bakıda çempion oldu, İstanbulda avtomobilində güllələndi

Aut.az

Nazir Federasiyasının zallarını əlindən aldı - Azərbaycanda

Aut.az

"Ağ ev"ə gəldilər

Aut.az