Hüseyn Məhəmmədov: "Elnur Mübarizlə birləşdi və məni kənarlaşdırdılar"

Uzun müddətdi veteran qapıçımız Hüseyn Məhəmmədovdan xəbər yox idi. "Neftçi"dən ayrılandan sonra işsiz qalan mütəxəssisin hazırda nə işlə məşğul olmasıyla maraqlandıq. 
 
Hüseyn bəy müsahibəsində təkcə özündən danışmadı, gündəmdə olan məsələlərə, qapıçı problemlərinə, klublarımızın beynəlxalq arenadakı çıxışlarına da toxundu.
 
 
 
"Kasıbın gücü çatmaz axı, gətirib ayda sənə 100, 200 manat pul versin"
 
- Hüseyn bəy çoxdandı mətbuatda görünmürsüz. Hazırda nə işlə məşğulsuz? İşiniz varmı?
 
- Çox sağ olun. Mətbuatla əlaqəm var. jurnalistlər mənim dostlarımdı hər zaman belə də olacaq. Allah hamısının canın sağ eləsin. Pis vaxtımda dəstək oldular, buna görə də minnətdarlığımı bildirirəm. "Neftçi"dən ayrılandan sonra işsiz qalmadım. Allah Sadıq Sadıqovun canın sağ etsin. Mənə dəstək oldu, ona da təşəkkürümü bildirirəm. Bu günə qədər "Qaradağ Lökbatan"da qapıçılar üzrə məşqçiyəm.
 
- "Qaradağ Lökbatan"da durum necədi?
 
- Hər şey yüksək səviyyədədi. Premyer-liqa komandası kimidi. Bazası, avtobusu var, toplanış keçə, xaricə gedə bilirik. Türkiyə, Gürcüstan  və sair ölkələrə səfərimiz olur. Bazada da yemək-filan verirlər. Uşaqların əməkhaqqı vaxtında verilir. Heç bir problem olmur.
 
- Hazırda əlinizin altında neçə qapıçı var?
 
- 4 qapıçı var. Daha çox qapıçı yetişdirmək istəyirəm. Bu gün komandaların kənardan qapıçı gətirmələri şəxsən mənə təsir edir. Biz ola-ola niyə kənardan qapıçı gətirməyə ehtiyac duyulsun ki? Belə çıxır ki, həmkarlarım öz işlərinə məsuliyyətli yanaşmırlar. Ona görə də kənardan qapıçı gətirirlər və yığmaya cəlb edirlər. Məşqçilər öz üzərində məsuliyyət hiss etməlidimi? Öz millətimizin balalarını yetişdirməliyik. Hazırda çalışıram. Vallah, mənə bu işi həvalə etsələr, canla-başla, hətta mətbuat qarşısında söz verə bilərəm ki, bəli bacararam. Hər hansı qapıçını yetişdirməyə, yığma səviyyəsinə çatdırmağa hazıram. 
 
- Məşq keçdiyiniz qapıçılardan yaxın gələcəkdə yığmaya cəlb oluna biləcək kimsə varmı?
 
- Birinci divizionda sistem tez-tez dəyişir. Yaş limiti var. Düzdü, gənclərə şans verilməsini dəstəkləyirəm. Hardasa oynamalı, təcrübə toplamalıdılar. Açığı hazırda 1996 təvəllüdlülərə məşq keçirəm. Hər yaş qrupunda qapıçı yetirşdirmək istərəm. Şərait yaradılsa buna hazıram. "Neftçi"də işlədiyim dönəmdə 6 yaş qrupu üzrə uşaqlar milliyə cəlb olunurdu. U-19-a cəlb olunan Kamran, Tural Abbaszadə də mənim tələbəm olub. "Neftçi"də üzərimə düşən işlərin öhdəsindən gəlirdim. Baxmayaraq ki, tək idim. Tələbə yetişdirib milliyə verirdim. hazırda da "Qaradağ Lökbatan"da milliyə dəvət alan 2000 təvəllüdlü futbolçu var. Hazırda 3 yaş qrupu üzrə qapıçı yetişdirməyi qarşıma məqsəd qoymuşam. "Qaradağ Lökbatan"ın əsas komandasında çalışdığım üçün buna da vaxt ayırmağa çalışıram. Akademiyamız da var. Ümumiyyətlə, sırf qapıçı yetişdirmək üçün xüsusi məktəb açmaq fikrimiz var.
 
- Bir ara "Neftçi"nin köhnə bazasında qapıçı məktəbi də açmışdız. Onun axırı necə oldu?
 
- Belə bir məktəb açmaq istəyirdim. Sadəcə, maliyyə lazım idi. Şəxsi meydançamız olmadığına görə maliyyə çətinliyi yaranır. Öz meydançan olsa, bu işi görmək asandı. Stadion icarəyə götürmək problemlər yaradır. Pullu məktəb açsaq uşaqlardan istədiyin pulu almaq çətin olacaq. Mümkün deyil. Çünki gücü çatan, çatmayan var. Futbolçuların əksəriyyəti kasıb təbəqədən olan uşaqlardı. Kasıbın gücü çatmaz axı gətirib ayda sənə 100, 200 manat pul versin. Düzdü, Avropada belə məktəblər var. Məbləğlər yüksək səviyyədə olur, buna baxmayaraq gəlib məşq edənlər var. "Neftçi"də işlədiyim vaxtda, bazada məşq saatları ayrılmışdı. "Neftçi"nin uşaqları ilə işləyirdim. Ayrılandan sonra maddi problemlər olduğuna görə məktəbi aça bilmədim. İmkanım olsa, Azərbaycan futbolu naminə davam edəcəkdim. Çünki ölkədə qapıçılarla bağlı ciddi problem var. 
 
- Kimlərəsə müracət etmişdiz?
 
- Xeyr, nə AFFA-ya nə də başqa kiməsə müraciət etmişdim. Amma istərdim ki, belə bir şey olsun. Mən də bacarığımı ortaya qoyum. Xaricdən qapıçı gətirəndə, acığım tutur. Hərdən sual da verirəm ki, həmkarlarım klublarda nə üçün işləyir? Çox maraqlıdı. Klub bizə maaş verir ki, qapıçı yetişdirək. Vaxt keçirməyək. Bunu düzgün qəbul etmirəm. Bu sözlər həm də yığmalarda qapıçılarla işləyən məşqçilərə aiddi.
 
 
"Azərbaycanlı qapıçı məşqçilərinin işindən narazıyam"
 
- Yəni, təcrübəli insan kimi azərbaycanlı qapıçı məşqçilərinin işindən narazısız?
 
- Əlbəttə narazıyam. "İnter", "Səbail", "Neftçi", "Qarabağ" olsun, hardansa qapıçı gətirəndə əsəbiləşirəm. Onda klublar nəyə görə bizə maaş verirlər? Bacarığımızı göstərməliyik. Karyeram, işim, oynadığım futbol sübut edir ki, bu gün qapıçı yetişdirməyə gücüm, savadım çatır. Bununla bağlı narazılığımı bildirmişəm, həmişə də bildirəcəm. Bu söz mənə də aiddi, çünki həmin məşqçilərdən biriyəm. Məşqçiyəmsə qapıçı yetişdirməliyəm, vəssalam. Başqasının yetişdirdiyi qapıçını öz adıma çıxmaq düzgün hal deyil.
 
- Yığmamızın hazırkı qapıçılarından nə dərəcədə razısız? Problemləri necə yoluna qoymaq olar?
 
- Millini nəzərdə tutursuzsa, bilirsiz ki, əsas qapıçımız Kamran Ağayevdi. Neçə illərdi millinin üzvüdü. Ona ikinci bir rəqib görmürəm. Əsas heyətin qapıçısına çevrilib.
 
- Amma etiraf edək ki, son vaxtlar formada deyil...
 
- Olur də futbolçudu. Komandadan ayrı düşür, eniş, yoxuş olur. bunlar hamısı təsir edir. Ona görə də formasından kənarda qalmışdı. "Mlado" ilə müqavilə bağladığını eşidəndən sonra çox sevindim. Keçən dəfə ona böyük kimi məsləhət gördüm ki,  sənə Boleslavda oynamaq üçün şərait yaradıblar. Bu böyük bir şeydi. Şans düşüb əlinə. Avropada oynasan daha çox faydalanarsan nəinki Azərbaycan premyer-liqasında. Milliyə də çox xeyir verə bilər. 
 
- Bir məqam var. "Boavişta"da normal çıxş edirdi. Amma sonradan açıqlama verdi ki, "Avropada darıxıram, vətənə qayıtmaq" istəyirəm. Bu açıqlamasından sonra yenə Avropa komandasına getdi. Kamranın bu hərəkətlərin necə qəbul edirsiz?
 
- Sualınızı başa düşdüm. Düz deyirsiz. Günah özündədi. Başqasında günah axtarmaq lazım deyil. Sən orda qalmalısan və oynamalısan. Karyeranı da Avropada bitirməlisən. Geri dönmək haqda düşünməməlisən. Darıxmaq filan... Mən belə düşünürəm ki...
 
- Sanki səmimi deyil...
 
- Bəli, səmimi gəlmir adama. Mən ümumiyyətlə, bunu qəbul etmirəm. Sənin işin oynamaqdı...
 
- Belə çıxır başqa problemləri olub, darıxmaq sadəcə, bəhanədi?
 
- Ola bilər. Bəlkə də şəxsi problemləri olub. Amma uşaq deyilsən ki, darıxasan. Bu futboldu. İndi burdasan, sabah başqa yerdə.
 
- Premyer-liqa klublarından təklif almamısız?
 
- Açığı heç nə olmayıb. Özüm haqqımda nəsə ifadə işlətməyə ehtiyac yoxdu. Hər kəs məni tanıyır. Oynadığım futbolu, karyeramı görüblər. Amma klublardakı bəzi məşqçilər heç peşəkar futbol da oynamayıb. Amma gəlib qapıçı məşqçisi işləyirlər. Özünüz də araşdıra bilərsiz. Həmkarlarıma həmişə hörmətlə yanaşmışam, heç kimi pisləməmişəm. Amma suala cavab verməliyəm. Dünya futbolunda da belədi, köməkçi məşqçilərdən bəhrələnirlər. 
 
- Bəs bunun səbəbini bilirsiz?
 
- Xeyr, bilmirəm. Yəni, məndən asılı bir şey yoxdu. Sizə bir söz deyim. Mən ən azından "Neftçi"də işləməliyəm. Çünki o klubda böyük əməyim olub.Pis çıxmasın. Bunu dillə demək istəmirəm. İşimə, oradakı karyerama görə deyə bilərəm. "Neftçi"də oynadığım üçün fəxr edirəm, o bizim flaqmanımızdı. "Neftçi" ilə birlikdə tarix yazan futbolçulardanam. Ona görə də o klubda işləmək istərdim. Amma belə alındı. Günahkar isə biz deyilik. Beynəlxalq Çempionalr Kubokunda meydana 17 yaşlı qapıçı və ya futbolçu çıxır. Bu da, o klublarda güclü mütəxəssislərin işləməsi və öz yetirmələrini meydana buraxması anlamına gəlir. Harda işləməyimdən asılı olmayaraq ən azı bir yetirməm olmalıdı.
 
 
 
"Flaqmanımızı elə günə qoydular ki, hələ də özünə gələ bilmir"
 
- "Neftçi"nin durumu ilə bağlı fikirləriniz maraqlı olardı. 80 illik yubileyində elə bir vəziyyətə düşdü ki, heç titul belə qazana bilmədi. Sizcə əsas günahkar kimlər idi?
 
- Həmin ildə klubda rəhbər dəyişiklikləri oldu. Başda Elnur Məmmədov olmaqla yeni gələnlərin gördükləri iş, struktur düzgün qurulmadığına görə belə alındı. Nəticə göz qabağında idi. Elə mən də "Neftçi"dən onların vaxtında ayrılmışdım. Məni haqsız yerə çıxardılar. Çingiz Abdullayevin heç nədən xəbəri yox idi. İşi aparan Elnurgil idi. Yaxşı mütəxəssisləri uzaqlaşdırdıqları üçün komandanı bugünə qoyacaqları görünürdü. İndiki rəhbərlik də yenidi, zaman necə olacağını göstərəcək. Baş məşqçi Elxan Abdullayevdi, çox tanıdığım dostlarımdan olan Orxanla da işləmişəm. "Olimpik"i yaratmışdıq, sonradan adı dəyişdirilib AZAL oldu. O komandanı biz qurmuşuq. 
 
- Belə çıxır əvvəlki rəhbərliyin məqsədi klubu dağıtmaq, pul mənimsəmək kimi işlər idi?
 
- Bəli, elə etdilər və sonda da "Neftçi"nin nəticəsini gördüz. Sadıq müəllimin dönəmində hər şey yüksək səviyyədə oldu. Çempionluqlar, avrokuboklar və sair... Amma bunlar flaqmanımızı elə günə qoydular hələ də özünə gələ bilmir. Bunu da bütün Azərbaycan bilir. İndi isə "Neftçi" yenidən qurulub. Sağ olsun Sadıq müəllim ki, məni, Azərbaycan futboluna xidmət etmiş, prezidentdən təşəkkür almış bir insanı işsiz qoymadı. Amma Elnur kimilər Mübarizlə birləşdi və heç nədən məni kənarlaşdırdılar. Hansı ki, Azərbaycan futbolu üçün qapıçı yetişdirirdim. Heç məndən neçə qapıçı yetişdirdiyimi soruşmurdular, amma işdən sonra hara getməyimlə maraqlanırlar. Məni nə hesab edirlər?
 
- Elxan Abdullayev də nəticələrə görə çox tənqid olundu... Siz onun işindən razısız?
 
- Məşqçi olduğu üçün tənqid edirlər. Zamana ehtiyac var. Dözmək, gözləmək lazımdı. Ona şans verilməlidi. Bu mövsüm komandanın yaxşı və pis tərəfləri görünəcək. Ölkə çempionatlarında ilk oyunları da "Qarabağ"ladı. Hər iki komandaya uğurlar arzulayıram. "Qarabağ"ı da sizin vasitənizlə təbrik etmək istəyirəm. Çünki orda mənimlə çiyin-çiyinə oynamış Qurban müəlim, Rəşad Sadıqov, Elçin, Zaur Tağızadə var. Onları səmimi qəlbdən təbrik edirəm ki, Azərbaycanlı azarkeşləri sevindirdilər. Bizdə şadıq ki, belə nəticə qazandılar. 
 
- İndiki rəhbərliyin "Neftçi"ni yüksəklərə daşıyacağına ümid etmək olar?
 
- Hər şey ola bilər.
 
- Hələ ki, ciddi irəliləyiş yoxdu. Yəqin ki, yoldaşlıq oyunlarını da izlədiz. Necə təsir bağışladılar?
 
- Oyunların hamısına baxdım. Öz mövqeyimə baxırdım. Artıq qapıda Səlahət durur. Amma hələ ki, yaxşı təsir bağışlamır. Bəzi oyunlarda buraxılan toplar var. Ola bilər buna səbəb müdafiəçilərin zəifliyi, yaxud güclü rəqiblərlə qarşılaşmalardı. Amma yaxşı tərəfi odu ki, güclü komandalarla oynayırlar. Bir müddətdən sonra müqayisə edə bilərəm. Amma indi problemlər görünür. Buraxılan qollarda çətinliklər var. Çempionat başlayandan sonra iş keyfiyyətini dəyərləndirmək olar. Bəlkə də Səlahət avrokuboklarda iştirak etmədiyi, yaxud yorğunluq üzündən inamlı təsir bağışlamır. Belə şeylər də olur. Çempionat hər şeyi göstərəcək.
 
 
 
"Bəstəboy da olsalar lazımi səviyyədə futbol oynayırlar"
 
- "Qəbələ" və "Qarabağ"ın avrokuboklardakı çıxışı ilə bağlı nə düşünürsüzv(söhbət "Qəbələ"nin oyunundan əvvəl olub)?
 
- Hər iki komandanın oyununa baxdım. "Qarabağ" Avroliqada sözün deməyi bacaran bir kluba çevrilib. Özünü doğruldur. Heç kimdən çəkinmir və öz yolundadı.
 
- Bəs nə çatmır?
 
- Müəyyən çatışmazlıqlar ola bilər. Məsələn "Qarabağ"da fiziki güc amili çatışmır. Söhbət 90 dəqiqə qaçmaqdan deyil, bədən quruluşundan gedir. Yəni, boy-buxunlu, cüssəli futbolçular çatışmır. Görürsüz, Avropada futbolçular cüssəli olurlar. Bizdə bir qədər boy məsələsi var. Amma qalan amillər, texnika, taktika, fiziki baxımdan çatdırmaq və sair hamısı yüksək səviyyədədi. Sona qədər mübarizə apara bilirlər. Bəstəboy da olsalar lazımi səviyyədə futbol oynayırlar. Avropalılar bədən quruluşu baxımından seçilir həmişə. Bir qədər ucaboylu futbolçular olsaydı...
 
- "Qəbələ"nin mənfi cəhətləri hansılardı?
 
- Xeyli futbolçu transfer ediblər. "Panatinaikos"la oyuna baxdım, pis oynamırdılar. Amma rəqib Avropada sözünü demiş komandalardandı. Səhv etmirəmsə onlarda orta yaş həddi 23 idi. Gənc oyunçuları çoxdu. Buna baxmayaraq özlərini aparmaları yüksək səviyyədə idi. "Qəbələ" pis oynamadı, amma sürət barəsində uduzurdu. Sürətli hücum qurmaqda çətinlik çəkirdilər. Onlara da uğurlar arzulayıram. 
 
 
 
 
"Prosineçki özü də oyunlarda iştirak etsə, daha yaxşı olar"
 
- Uzun müddət yığmamızın da formasını geymisiz. Prosineçkili komandamızın son durumu haqda nə düşünürsüz?
 
- Təxminən 12-13 ilə yaxın yığmada oynamışam. Millimizin bugünkü nəticəsi ürəkaçandı. Artıq bir neçə xal yığmışıq. Şimali İrlandiya ilə oyunda qələbə qazansaydıq, 80 faiz qrupdan çıxmağa ümid edərdik. Bu nəticə özü də böyükdü. Əlbəttə, razı qalmalıyam. Bilirsiz nədən narazı olmalıyıq? Yığmamıza oyunçu yetişdirilməməsindən. Baş məşqçi futbolçuları komandaya cəlb etməlidi.
 
- Futbolçuları yığmaya cəlb etmək üçün onları canlı izləmək, analiz etmək lazımdı. Amma bu qədər avrokubok matçları keçirilməsinə rəğmən Prosineçki onların heç birini izləmir və Xorvatiyada dincəlir. Bu nə dərəcədə düzgündü?
 
- Tamamilə düz deyirsiz. Hansısa yığmanın baş məşqçisinin stadionda olmasını televizor vasitəsilə dəfələrlə görmüşük. Onun iş üslubuna qarışa bilmərik. Dəyərləndirməyimiz düzgün deyil, amma sizə məlumat verim ki, Prosineçkinin köməkçiləri var. Mahmud Qurbanov "Qarabağ"ın oyununda iştirak edib və gəlib birbaşa məlumat verir. Bəlkə də buna görə Prosineçki özü izləməyə ehtiyac duymayıb. 
 
- Mahmud Qurbanovun və ya digər məşqçilərlə yanaşı özü də gedib oyun izləsə daha yaxşı olmazdı? Hər halda Prosineçki "Real", "Barselona" kimi klublarda forma geymiş mütəxəssisdi. Kifayət qədər təcrübəsi var. Deməli analiz qabiliyyəti də yüksəkdi. Belədə onun oyunlara məhz özü gəlməsi daha doğru olmazdımı?
 
- Görünür o həmkarlarına inanır. Onlar düzgün məlumat çatdırdığına görə ehtiyac duymur. Amma mən də razıyam, özü iştirak eləsə daha yaxşı olar. Daha yaxşı görə və analiz edə bilər. Tanınmış futbolçu olub. Hər kəsin baxışı var. Özü də buna çalışmalıdı. Çünki onun analizləri, futbol fəlsəfəsi zəngindi.(sport7.az)
Tarix: 4 Avqust [12:00]
Oxunub: 458 dəfə
Müəllif: Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az

Üzümü onlara tutub demək istəyirəm ki, mənə zəng etməsinlər - Müsahibə

Aut.az

“Qarabağ” Ukraynada “üçlüy”ə düşə bilər” - Anton Kanibolotski

Aut.az

Hüseyn Məhəmmədov: "Elnur Mübarizlə birləşdi və məni kənarlaşdırdılar"

Aut.az

“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl

AUT.AZ

Qurban Qurbanov: "Şerif"i keçsək, qrup mərhələsi haqda düşünə bilərik" MÜSAHİBƏ

Aut.az