“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının üçüncü mərhələsinin “Şerif”ə qarşı matçından sonra Qol.az saytına müsahibə verib.
 
- Əvvəlcə bu parlaq qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?
- Vallah, ancaq qürur duyuruq. Amma hər qalibiyyətdən sonra məsuliyyətimiz daha da artır. Bundan sonra daha diqqətli olmalıyıq. Düzdür, bugünkü qələbə bir tarixdir. Amma qarşımıza qoyduğumuz hədəfə hələ  çatmamışıq. Qurban müəllimi, oyunçularımızı, rəhbərliyimizi təbrik edirəm.
Bundan sonrakı hədəfimiz Çempionlar Liqasının qrupudur. Birinci missiyamızı  tamamdıq. İndi qarşıda bizi ağır pley-off mərhələsi gözləyir.
- Pley-offdan gözləntiniz nədir?
- Həmişə demişik. Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.
- Dediniz ki, hədəfiniz qrupdur. Amma bütün futbol ictimaiyyəti qrupda düşmək üçün “Qarabağ”dan yenə yeni transferlər gözləyir.
 
- Bəli, bu məsələ həmişə müzakirə olunur. Amma gördüyünüz kimi, Qurban müəllimin etdiyi etdiyi transferlər uğurlu olub. Bizim məsuliyyətimiz böyükdür. Biz komandaya hər oyunçunu gətirə bilmərik. Görürsən ki, bəzən hətta bizim maraq dairəmizdə olmayan oyunçuların da adı “Qarabağ”la hallanır. Transferlərimiz fərqli və səviiyyəli olmalıdır. Qurban müəllim futbolçu axtarır, isdəyini tapanda o transferin gerçəkləşməsi üçün rəhbərliyimiz dəstək verir, bundan sonra da verəcək. Gərək transferlərimiz layiqli olsun. Belə futbolçu olanda komandaya cəlb edəcəyik.
- Sonda azarkeşlərə sözünüz...
- Bütün Azərbaycanı və azarkeşlərimizi təbrik edirəm. Bundan sonra hamımızın məsuliyyəti böyükdür. Azarkeşlərimizdən bunu başa düşmələrini istəyirəm. Onlar bizə həmişə inanıblar. Biz birlikdə bu uğurlara nail olmuşuq. Bundan sonra da onların dəstəyi ilə daha böyük uğurlar qazanacağımıza inanıram.
Tarix: 1 Avqust [23:35]
Oxunub: 105 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az

Üzümü onlara tutub demək istəyirəm ki, mənə zəng etməsinlər - Müsahibə

Aut.az

“Qarabağ” Ukraynada “üçlüy”ə düşə bilər” - Anton Kanibolotski

Aut.az

Hüseyn Məhəmmədov: "Elnur Mübarizlə birləşdi və məni kənarlaşdırdılar"

Aut.az

“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl

AUT.AZ

Qurban Qurbanov: "Şerif"i keçsək, qrup mərhələsi haqda düşünə bilərik" MÜSAHİBƏ

Aut.az

Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı

Aut.az

Əmrah Çəlikəl: "Gözlərim həmişə onu axtarır" - MÜSAHİBƏ

Aut.az

"Pole çudes"in siması “Qarabağ”dan danışdı

Aut.az

“5:0 hesabı bizim də üçün sürpriz oldu” - Əmrah Çəlikəl

Aut.az