Qurban Qurbanov: "Şerif"i keçsək, qrup mərhələsi haqda düşünə bilərik" MÜSAHİBƏ

“Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq”.
 
Bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
 
Ağam klubu Çempionlar Liqasının III təsnifat mərhləsinin ilk oyunları çərçivəsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.
 
Oyundan bir gün öncə baş tutan mətbuat konfrasnında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Rəqibi analiz etişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. Rəqibimizin bir neçə oyun stili var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik”.
 
- “Qarabağ” sabahkı oyuna tam heyətlə hazırlaşırmı?
- Rəşad və Dani sabahkı oyunda iştirak etməyəcəklər. Hər iki futbolçu bu gündən komandaya qoşulub. Şükürlər olsun ki, ciddi problemimiz yoxdur. Elşən Abdullayevlə Abbas Hüseynovun zədəsi var idi. Onlar da artıq komandayla birgə çalışırlar.
 
- Əksəriyyət “Qarabağ”ın “Şerif” səddini asanlıqla keçəcəyini düşünür. Sizin buna münasibətiniz necədir?
- Bizə inanan hər kəsə təşəkkür edirik. Oyunöncəsi fikirlər çox olur. Hətta bizi favorit  qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçudur. Düşünürəm ki, bu bizim ən ağır oyunlarılmızdan biri olacaq.
 
- Bütün azarkeşlər və futbol ictimaiyyəti “Qarabağ”ın qrup mərhələsində oynamasını istəyir. Necə düşünürsünüz, bu komandaya psixoloji təsir etmir?
- Bunun müsbət və mənfi cəhətləri var. Amma biz hər dəfə qrup mərhələsini yox, qarşımızdakı oyunu düşünürük. Bizim üçün əsas məsələ sabahkı rəqibdir. Hər oyunda olduğu kimi komandanı qələbəyə motivasiya etmişik. Qrupa düşmək üçün daha iki mərhələni keçməliyik. “Şerif”i keçsək, qrup mərhələsi haqda düşünə bilərik. Amma yenə təkrar edirəm, biz qrupu yox, sabahkı oyunu düşünürük.  
 
- Sabah qapını kimə həvalə edəcəksiniz?
- Mən oyundan öncə heyət barədə danışmağı xoşlamıram. Heyəti müəyyənləşdirmişəm və problem olmasa, düşündüyüm oyunçuları meydana buraxacağam. (Futbol11.az)
Tarix: 24 İyul [18:35]
Oxunub: 202 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanovdan milli üzvlərinə sərt mesaj - MÜSAHİBƏ

Aut.az

"Azərbaycan futbolu naminə bu addımı atmalıyıq" - Qurban Qurbanov

Aut.az

"Qardaşımı futboldan uzaqlaşdırdım, bu günə qədər də deyinir" - Rəşad Sadıqov

Aut.az

"Savadlı fəhləni savadsız futbolçudan üstün sayıram" - MÜSAHİBƏ

Aut.az

” BİR DƏ AYILIRSAN Kİ, NƏ EV VAR, NƏ MAŞIN, NƏ DƏ…” – MÜSAHİBƏ

Aut.az

"Neftçi"nin veteranı həndbola üz tutdu: "Almaniyada itlərin hörməti bizdən çoxdur" - MÜSAHİBƏ

Aut.az

Rəşad Sadıqov: Onun məşqçiliyini qoyuram bir qırağa, anormal insan idi MÜSAHİBƏ

Aut.az

Millət vəkili "Neftçi"ni komanda saymır - MÜSAHİBƏ

Aut.az

Səlahət Ağayev "Neftçi"də özünü xoşbəxt saymır - MÜSAHİBƏ

Aut.az

"Qarabağ"ın rəsmisi: "Öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz" MÜSAHİBƏ

Aut.az