Əmrah Çəlikəl: "Gözlərim həmişə onu axtarır" - MÜSAHİBƏ

"Gözəl qələbə qazandıq. 1:0 hesablı qələbə də bizim üçün yaxşı oldu. Növbəti mərhələ oyununa yüksək əhval-ruhiyyədə çıxacağıq. Rəqibimiz sabah bilinəcək".
 
Bunu "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Gürcüstanda "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. Daha sonra Ə.Çəlikəl jurnalistlərin digər suallarını da cavablandırıb... 
 
- Sizin üçün Moldova "Şerif"i ilə Albaniya "Kukesi"si arasında fərq var?
- Kim düşürsə-düşsün, fərq etməz. Çünki oynamamaq kimi şansımız yoxdur. Düzdür, ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün hamı "Şerif"in mərhələ adlayacağını gözləyir. Amma tiraspolluların da qarşıda cavab oyunu var. Bunun nəticəsində hər şey bilinəcək. 
 
- Bəs "Qarabağ"a münasib rəqibin düşməsi fikri ilə razısınız?
- Xeyr. Bu, Çempionlar Liqasının təsnifat mərhələsidir. Ölkələrin birinci komandası ilə oynayırıq. Bu səbəbdən, zəif komanda olmur. Hansısa klub çempion olubsa, deməli, müəyyən gücə malikdir. Buna görə də hər hansı rəqibi kiçiltməyin, zəif görməyin heç birimizə xeyri yoxdur. Bu anlamda sizdən də kömək gözləyirəm. Yəni, zəif rəqib, zəif komanda ifadələri motivasiyaya təsir etməkdən başqa heç bir işimizə yaramayacaq. 
 
- Amma hər halda "Şerif" və ya "Kukesi" Çexiya "Viktoriya"sı, Avstriya "Zalsburq"u və Şotlandiya "Seltik"inə baxanda münasib rəqibdir...
- Bu, həqiqətən də belədirsə, bizi yalnız sevindirə bilər. Amma yenə də yüz faiz mərhələ adlayacağımız anlamına gəlməməlidir. 
 
- Nikaraqua millisinin futbolçusu Xuan Barreranın adı "Qarabağ"la hallanır...
- Hazırda yeni danışıq apardığımız futbolçu yoxdur. Barrera ilə danışıq aparmamışıq. 
 
- Yeni transferlər start heyətdə meydana çıxmışdılar. Necə təsir bağışladılar?
- Məncə, Qurban Qurbanovun fikri əsasdır. İnanıram ki, razı qalıb. Mən bu barədə bir söz deyə bilmərəm. 
 
- Əvvəllər danışıq apardığınız oyunçuların transferi istiqamətində yenilik var?
- Danışıqlar davam edir. Nəticə olmadan o barədə danışmağı düzgün hesab etmirəm. 
 
- Rəşad Sadıqovun meydanda yeri çoxmu görünürdü?
- Sizi bilmirəm, bir futbol azarkeşi kimi gözlərim onu həmişə axtarır.(Sportnet.az)
Tarix: 18 İyul [23:30]
Oxunub: 95 dəfə
Müəllif: Aut.az

Qurban Qurbanov: "Oyunçulardan tələbim bu idi ki…"

Aut.az

Üzümü onlara tutub demək istəyirəm ki, mənə zəng etməsinlər - Müsahibə

Aut.az

“Qarabağ” Ukraynada “üçlüy”ə düşə bilər” - Anton Kanibolotski

Aut.az

Hüseyn Məhəmmədov: "Elnur Mübarizlə birləşdi və məni kənarlaşdırdılar"

Aut.az

“Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl

AUT.AZ

Qurban Qurbanov: "Şerif"i keçsək, qrup mərhələsi haqda düşünə bilərik" MÜSAHİBƏ

Aut.az

Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı

Aut.az

Əmrah Çəlikəl: "Gözlərim həmişə onu axtarır" - MÜSAHİBƏ

Aut.az

"Pole çudes"in siması “Qarabağ”dan danışdı

Aut.az

“5:0 hesabı bizim də üçün sürpriz oldu” - Əmrah Çəlikəl

Aut.az