20 Aprel 2018
Əliyar Ağayev ÇL-də

FİFA referimiz Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb.
Təmsilçimiz ÇL-nin 2 təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Rosenborq” (Norveç) – "Dandalk” (İrlandiya) görüşündə ədaləti qoruyacaq.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.
Həmin görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons olacaq.
Tarix: 16 İyul [14:25]
|
Oxunub: 110 dəfə
|
Müəllif: Aut.az
|